Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada evində şir saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub

Rusiyada evində şir saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub

Date: 8 October 2016 19:42

Bakı. 8 oktyabr. REPORT.AZ/ Rusiyanın Saratov vilayətinin Engels şəhərində evində şir balası saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub.
"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin "Engelskoe" Bələdiyyələrarası İdarəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, oktyabrın 6-da Tin-Zinya rayonu ərazisində şir balası görən yerli sakinlər bu barədə polisə məlumat veriblər. Məlumat öz təsdiqini tapıb. Məlum olub ki, Azərbaycandan olan ailə yaxın vaxtlarda daha bir şir balası almaq niyyətindədir.
"Bizim evdə belə heyvanların saxlanmasını qadağan etmək hüququmuz yoxdur. Şir balası peyvənd olunub, onun bütün lazımi sənədləri var", - deyə polisdən bildirilib. 





Tags:  Rusiyada evində şir saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub

RƏYLƏR


Top news