Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnsanlar 125 ildən çox yaşaya bilməz

İnsanlar 125 ildən çox yaşaya bilməz

Date: 8 October 2016 19:42

Albert Eynşteyn Tibb Kollecinin tədqiqatçıları insanların ömür müddəti haqqında məlumatları təhlil ediblər. Alimlər bu nəticəyə gəliblər ki, ömür müddəti demək olar ki, maksimum həddə çatıb. Ekspertlərin sözlərinə görə, güman ki, bundan sonra daha çox insan uzunömürlü olacaq. Ancaq çətin ki, kimsə 122 ildən daha çox yaşasın.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hazırda 122 il rekord göstəricidir. AZƏRTAC "UPI.com" saytına istinadla xəbər verir ki, bu rekord 1997-ci ildə vəfat etmiş fransız Janna Kalmana məxsusdur. Tədqiqat göstərib ki, XIX əsrdən insanların orta ömür müddəti sağlam qidalanma, tibb və digər sahələrdə tərəqqi sayəsində xeyli artıb.

Məsələn, ABŞ-da doğulan uşaqların proqnozlaşdırılan ömür müddəti hazırda 79 yaş təşkil edir. Bütövlükdə getdikcə daha çox adam ahıllıq dövrünə qədər yaşayır. Uzunömürlülərin maksimum yaşı 1990-ci illərdən demək olar ki, dəyişməyib. Alimlərin fikrincə, orta maksimum ömür müddəti 115 il, mütləq maksimum ömür müddəti isə 125 ildir. Ən azı bir nəfərin 125 il yaşama şansı 1:10000 nisbətindən azdır.

Milli.Az


Tags:  İnsanlar 125 ildən çox yaşaya bilməz

RƏYLƏR


Top news