Dostunu öldürən şəxs: “Arvadını sevirdim, ona görə...” – Qanlı sevgi üçbucağı

Dostunu öldürən şəxs: “Arvadını sevirdim, ona görə...” – Qanlı sevgi üçbucağı
19:48 8 Oktyabr 2016
364 Ölkə
Ölkə mətbuatı
A- A+

"Yad kişi ilə gördüm, dedi "işinlə məşğul ol"" - Arvadını öldürən şəxs (20 İyun 2017 17:42)
Arvadını öldürən şəxs: "Yemək bişirmirdi, çay dəmləmirdi" - VİDEO (14 İyun 2017 15:42)
Şeytan üçbucağı bir ailəni "uddu" - FOTO (17 May 2017 12:52)

Özündən 13 yaş böyük dostunu qadına görə qətlə yetirən şəxsin cinayət işi üzrə məhkəmə başa çatıb.

Məhkəmə istintaqı zamanı cinayət hadisəsinin təfərrüatları ortaya çıxıb. Qeyd edək ki, məhkəmə prosesi qapalı keçirilib. Hüquqlara hörmətimizi ifadə etmək üçün, işdə adı keçən qadının və uşağın sonrakı taleyini nəzərə alaraq, adları şərti olaraq əvəz etmişik...

"Yaxın dost idik...”

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Səməd Dəmirov özünü qismən təqsirli bilib. O, ifadəsində mərhum Məhəmmədi 4-5 il qabaq dəyirmanda fəhlə işlədiklərini deyib: "Məhəmməd bir müddət sonra işdən çıxdı. Münasibətlər yaxşı idi, dost kimi qalmışdıq. Məhəmməd arvadı Nigar ilə broyler sexində işləməyə getdi. Biz Məhəmmədlə hərdən görüşüb, söhbət edirdik. Mən artıq taksi fəaliyyəti göstərməyə başlamışdım. Bir gün mənə dedi ki, gəl sənə ayda 30 manat verim, hər gün uşaqları məktəbə apar, gətir. Razılaşdım. Məhəmməd sonradan arvadı Nigarı da işə aparıb-gətirməmi istədi. Deyirdi ki, tanımadığım adamın maşınına arvadımı qoymuram. Nigarı iş yerinə, lazım olanda rayonun mərkəzindəki banklara aparırdım. Nigardan xoşum gəlməyə başlamışdı. Bir dəfə bunu Nigara dedim. O da bir müddət sonra sevgimə cavab verdi. Biz hər gün telefonla mütəmadi danışmağa başladıq”.

"Dostuma xəyanət edirdim”

Səməd Dəmirov deyib ki, Nigarla bir neçə dəfə dənizə gedib: "İki dəfə dəniz kənarına getdik. Heç kim şübhələnməsin deyə Nigar balaca qızı Vəsiləni də aparırdı. Hər görüşəndə cinsi münasibətdə olurduq. Nigara bağlanmışdım. Onsuz qala bilmirdim. Hətta onu qısqanırdım, geyiminə qarışırdım. Dostumun arvadını sevirdim, ona xəyanət edirdim. Nigarı o qədər sevirdim ki, özümü saxlaya bilmirdim”.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bir müddət sonra Məhəmməd bu münasibətdən şübhələnməyə başlayıb: "Məhəmməd yanıma gəldi. Maddi sıxıntısı olduğunu dedi. Daha uşaqları, arvadını heç yerə aparmamağımı tapşırdı. Ürəyimdə Məhəmmədin nədənsə şübhələndiyini bilirdim, amma bu barədə mənə heç nə demədi. Məhəmmədin dediklərini Nigara dedim. Nigar heç bir problem olmadığını, "mənə belə xoşdur” - dedi. Mən yenidən Nigarı maşınla gəzdirməyə başladım. Bir gün rayondan Nigarı gətirirdim. Evlərinin yaxınlığında düşdü. Bu vaxt Nigarın qohumu Ramiz zəng vurdu, görüşmək istədiyini dedi. Körpünün yanında görüşdük. O, mənə Nigarı maşınıma mindirməməyi, bəzi şeylərdən şübhələndiyini dedi. Onunla razılaşmadım. Dedi ki, Nigarın telefonunda sənin şəkillərini görmüşük. Bu işin axırının yaxşı olmayacağını dedi.

Ramizin xahişi ilə Nigarı maşına mindirməyəcəyimə söz verdim. Baş verənlərlə bağlı Nigara xəbər verdim. Məhəmmədə zəng edib, onlara gələcəyimi, söhbət etmək istədiyimi dedim. Məhəmmədlə görüşdük. Ona Ramizin dediklərini danışdım. Ramizin barəmdə pis fikirdə olduğunu Nigarla aramda heç nə olmadığını dedim. Məhəmməd fikrə getdi. Məsələni araşdıracağını, belə şeyin olacağı təqdirdə nələr edəcəyini dedi. Məhəmmədlə söhbət edən zaman Nigarın evdən çıxıb harasa getdiyini gördüm. 3-4 gün Nigar ilə danışmadım. Mənə zəng elədi, dəniz kənarında olduğunu dedi. Getdim, görüşdük. Maşına mindirdim. Evdə nəsə problem yaşamışdı. Məhəmməd həmin vaxt zəng edib, evə çağırırdı. Ona evə getməsini istədim. Nigar evə getməyəcəyini deyərək, maşından düşdü. Yolüstü Məhəmmədgilə dəydim. Məhəmməd məndən Nigarın harada olduğunu soruşdu. Bilmirəm dedim, amma Məhəmməd buna inanmadı. Məhəmməd mənə heç nə etməyəcəyini dedi, düzünü danışmağımı istədi. Anası isə ağlayaraq Nigarın ölüsünü və ya dirisini tapıb gətirməmi, ona heç nə edilməyəcəyini dedi. Məhəmməd kənara çəkib Nigarın səhər zəng vurduğunu, evə qayıtmaq istəmədiyi üçün kənddə düşdüyünü danışdım. Məhəmmədlə həmin kəndə gəldik. Nigar ərini görən kimi özündən getdi. Məhəmməd onu qucağına alıb evə gətirdi. Yenə Nigarlə bir müddət danışmadıq”.

"Onunla Rusiya qaçmaq istəyirdim”

Səməd Dəmirov artıq qorxduğunu və Nigar ilə birlikdə ölkədən qaçmaq istədiyini deyib:

"O qədər bağlanmışdım ki, ayrı qala bilmirdim. Zəngləşdik. Ona qorxduğumu, bu işin axırının yaxşı olmayacağını dedim. Birlikdə Rusiyanın Samara şəhərinə qaçmağı təklif etdim. Atam orda yaşayırdı. Nigar xaricə getmək üçün pasportunun olmadığını, həm də uşaqlarını burada qoyub getmək istəmədiyini dedi. Dedim, uşaqları da götür. Bakıya gəldim. Biletlərin qiymətini öyrəndim, bir də bildim ki, uşaqların getməsi üçün atanın razılığı olmalıdır. Həmin gün axşam Nigara telefonda dedim ki, uşaqları apara bilməyəcəyik. 3-4 gün keçdi. Nigar zəng elədi ki, Məhəmməd onu kəmərlə döyərək boğmaq istəyir. Nigar əriylə danışmamı istədi. Axşam toydaydım. Dedim toydan çıxıb gələcəm. Toya gəldim, spirtli içki qəbul elədim. Öz evimizə qayıtdım. İnəkləri yerbəyər elədim. Toya qayıdacaqdım”.

"Anamı, var-yoxumu söydü”

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib: "Evdən çıxanda Nigar zəng elədi ki, işdəyəm, səni görmək istəyirəm. İşin yanına gəldim, orda 1 otaqlı ev vardı. Orda görüşdük. Doyunca öpüşüb, qucaqlaşdıq. Axşam əriylə danışacağımı dedim. Toya qayıtdım. Bir az da içdim. Məhəmmədgilin evlərinə tərəf getdim. Hər ehtimala qarşı, maşından bıçağı götürdüm. Darvazanın yanına çatanda Məhəmməd başladı anamı, var-yoxumu söyməyə. Özümdən çıxdım, bıçaqla onu vurdum. Onu heç zaman öldürmək niyyətim olmayıb. Nigarı sevirdim. Peşmanam”.

"Qızımı tək qoyub, sevişirdik”

Prosesdə şahid qismində dindirilən Nigar 2003-cü ildə Məhəmmədlə ailə qurduğunu, bu nikahdan bir qızı, bir oğlu olduğunu deyib: "Məhəmməd xalam oğludur. Ailələrin istəyilə evləndik. Hər ikimiz işləyib, ailəni dolandırırdıq. Məhəmməd bir müddət dəyirmanda işlədi. Orada Səmədlə tanış oldu, dostluq etməyə başladılar.

Sonra Səməd taksi sürücüsü kimi işləməyə başladı. Məhəmmədlə hər ikimiz işdə olduğumuzdan uşaqları məktəbə aparıb-gətirə bilmirdik. Məhəmməd Səmədə aylıq 30 manat verirdi ki, uşaqları məktəbə aparsın. Sonradan mənə taksi lazım olanda Səmədə deyirdik. Hər gün Səmədlə harasa iş dalınca gedirdik. Bir gün Səməd yolda məndən xoşu gəldiyini, sevdiyini dedi. Tutulub qaldım. İlk vaxtlarda Səmədin bu təklifinə danışığına dərhal mənfi cavab verirdim. Məndən uzaq durmasını tələb edirdim. Ailəmə söz-söhbət düşməsini istəmirdim. Ərimin ona dost kimi yanaşdığını unutmamasını, ərimi sevdiyimi deyirdim. Səməd bunlara əhəmiyyət vermədi. Qorxumdan bu barədə heç kimə heç nə demirdim. Səmədin münasibəti getdikcə dərinləşməyə başladı. Hətta mənə başqasının maşınına minməməklə, telefon zənglərinə tez cavab verməsi ilə bağlı tələblər irəli sürdü. Səməd məni qısqanmağa başladı, geyimimə qarışırdı. Bir müddət sonra özümdə də Səmədlə gizli münasibət qurmağa həvəs hiss elədim. Səmədlə dəniz kənarına getdik. Heç kim şübhələnməsin deyə yanımda qızımı aparırdım. Görüşlərin əksəriyyətində Səmədlə dəfələrlə cinsi əlaqədə olurduq. Qızım olduğu vaxtda da onu tək qoyub, kənarda sevişirdik”.

"Qayınanam boşanmağımızı istədi”

Nigar bildirib ki, əri bir müddət sonra onların münasibətindən şübhələnib: "Məhəmməd Səmədə tapşırmışdı ki, məni və uşaqları bir daha maşına mindirməsin. Amma mən də Səmədə bağlanmışdım. Tez-tez gizlicə kanalın yanında görüşüb, maşının içində sevişirdik. Bu söhbətdən 1 ay sonra qohumum Ramiz məsələdən xəbər tutaraq, Səmədlə bu barədə söhbət elədi. Səməd yaman qorxmuşdu. Gəlib Məhəmmədə danışdı ki, mənimlə arasında heç bir əlaqə yoxdur. Məhəmməd məsələni araşdıracağını, belə bir şey olacağı təqdirdə ikimizi də öldürəcəyini dedi.

Söhbətdən sonra qayınanam da məsələyə qarışdı. Evdə qırğın düşdü. Qayınanam boşanmağımızı istədi, Məhəmməd isə balaca uşaqlarımız olduğu üçün boşanmaq istəmirdi. Bu söhbətlərdən sonra yenə də Səmədlə münasibətlərimiz davam edirdi. Səməd Rusiyaya qaçmağı təklif elədi. Uşaqlarımdan ayrı qalmaq istəmirdim. Amma onları aparmaq mümkün olmadı. Atasının icazəsi lazım idi”.

"20 dəqiqə onunla sevişdik”

Şahid ifadəsində qeyd edib ki, hadisə günü Səməd içkili olub: "Səmədlə telefonla danışdıq, ümumi söhbətlər etdik. O, məni necə sevdiyini izah edib, həmişəki kimi imkan tapıb görüşməyi təkid edirdi. Axşam kəndlərində toy vardı. Mən də işə gedirdim. Dedi ki, niyə tək gedirsən, uşağı götür get. Yoxsa gəlib məni işdə biabır edəcəyini dedi. Axşam saat 6 olardı. Yenə Səməd zəng elədi. Sərxoş idi. Puluyla ona toyuq satmağımı istədi və sexə gələcəyini dedi. İçkili olduğu üçün iş yerinə gəlməsini istəmirdim. Müdirim də sexdə idi, biabır olacağımdan qorxurdum. Ona görə, kəndçimiz olan bir qadının evində görüşdük. 20 dəqiqə ərzində onunla sevişdik, söhbətləşdik. Sonra sexə qayıtdım. Səməd qayıdıb toyda yenə içibmiş. Gecə zəng elədi ki, görüşək. Bunun mümkün olmayacağını dedim. O, bizə gələrək məni, ərimi və özünü öldürəcəyini dedi. Əvvəlcə inanmadım, dedim sərxoşdu. Sonra qızımla Məhəmməd evə gəldi. Həyətdə işlərini görürdü. Gecə saat 12-yə qalırdı. Qəfildən Məhəmmədin səsi gəldi. Tez pəncərədən aşağı baxdım, gördüm ki, Səməd əlində bıçaqla Məhəmmədi vurur. Uşaqlar da pəncərədən baxırdı. Mən də, uşaqlar da nə qədər yalvardıq, Səmədə mane ola bilmədik. O, bıçaqla bir neçə dəfə Məhəmmədi vurdu. Sonra həyətdən çıxıb qaçdı. Aşağı düşdük. Qohum-qonşu yığıldı, Məhəmməd öldü”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Təlimlərin döyüş atışı mərhələsi

22 İyun 2017 18:35

ADGTT-nın 89-cu mövsümü "Çipollino" və "Yarımçıq qalmış"la yekunlaşacaq - FOTO

22 İyun 2017 18:32

İran məsələsi: yenidən geosiyasi proseslərin ön sıralarında

22 İyun 2017 18:32

Parlament tarixində İLK: deputat uşağını əmizdirərək ÇIXIŞ ETDİ - FOTO/VİDEO

22 İyun 2017 18:28

"Accessbank" yeni kampaniyaya başlayıb

22 İyun 2017 18:27

“Çipollino” və “Yarımçıq qalmış”la yekunlaşacaq...

22 İyun 2017 18:25

“Real Madrid” Kilian Mbappe və Canluci Donnarumma ilkin razılığa gəlib

22 İyun 2017 18:22

Elməddin əməliyyat olunub - FOTO

22 İyun 2017 18:22

Avropa çempionumuz açıq dərs keçəcək

22 İyun 2017 18:19

Trampın Rusiya ilə əlaqələri barədə yeni detallar ORTAYA ÇIXDI

22 İyun 2017 18:18

Azərbaycan Prezidenti Lüksemburqun Böyük Hersoqunu təbrik edib

22 İyun 2017 18:15

Sabaha olan məzənnə

22 İyun 2017 18:14

İki azyaşlı uşağın nəhəng ilanla QORXULU OYUNU - VİDEO

22 İyun 2017 18:13

34 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

22 İyun 2017 18:12

“Asstra” holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqliyi gətirir

22 İyun 2017 18:08

Yeni il tətilinin ləğvi təklif edilir

22 İyun 2017 18:08

Türkiyə hərbçiləri Qətərə çatdı

22 İyun 2017 18:05

Azərbaycanda 102 min nəfər uşağa görə sosial müvainət alır

22 İyun 2017 18:03

Türkiyənin qızıl-valyuta ehtiyatları 2,3 mlrd. dollar artıb

22 İyun 2017 18:02

Hansı halda Bank avtomobili əlinizdən ala bilər?

22 İyun 2017 18:01

"Qaşını alan, dodağına silkon taxan kişi..."

22 İyun 2017 17:59

Azərbaycan Beynəlxalq Bankı Ramazan bayramı ərəfəsində hədiyyəli kampaniya keçirir

22 İyun 2017 17:57

Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır

22 İyun 2017 17:52

Vəzifəyə təyin olunan məşhur: “Bu, yaradıcılığıma mane olmayacaq”

22 İyun 2017 17:48

Millimizin forması Ronalduda - FOTO

22 İyun 2017 17:47

"Bu ölkələrdən gətirilən dərmanlarda problem var"

22 İyun 2017 17:47

Kişilərin bəyəndiyi qadın tipi

22 İyun 2017 17:44

Nazirdən həkimlərlə bağlı TAPŞIRIQ

22 İyun 2017 17:43

İraq vətəndaşları Bakı-Quba yolunda qəzaya düşdülər - VİDEO - FOTO

22 İyun 2017 17:42

Təhsil Nazirliyindən "plagiat dərslik" iddiasına cavab: "Ehtirasları kənara qoyun"

22 İyun 2017 17:39

Yunanıstanda üsyan başladı - FOTOLAR

22 İyun 2017 17:38

“İnter”in rəqibi "Partizan"a qalib gəldi

22 İyun 2017 17:37

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

22 İyun 2017 17:37

2 kq-dan çox qızıl külçələri Azərbaycandan çıxarmağa cəhd edən dəstə üzvlərinin məhkəməsi başladı

22 İyun 2017 17:36

“Microsoft Office” proqramlar paketində mətnin səslə yığımı üçün “Dictate” genişlənməsi təqdim edilib

22 İyun 2017 17:35

Sidikdən enerji əldə ediləcək

22 İyun 2017 17:34

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub

22 İyun 2017 17:32

Azərbaycanlı aparıcı çimərlikdə əsəbiləşdi - 2 oğlanı hovuza yıxdı - VİDEO - FOTO

22 İyun 2017 17:32

2017-ci il dövlət büdcəsinə niyə yenidən baxıldı? - SƏBƏB

22 İyun 2017 17:29

Dolların sabaha olan MƏZƏNNƏSİ

22 İyun 2017 17:28

Əli Kərimlinin köməkçisinin məhkəməsinə şahidlərin məcburi gətirilməsi barədə qərar çıxarılıb

22 İyun 2017 17:27

Səhiyyə naziri tapşırıqlar verdi

22 İyun 2017 17:25

Bu ölkədə müəllimlərə silah gəzdirməyə icazə verildi

22 İyun 2017 17:24

Manatın yeni MƏZƏNNƏSİ

22 İyun 2017 17:22

“Bibiheybətneft”də “SAP UOM” sisteminin tətbiqi ilə əlaqədar yığıncaq keçirilib

22 İyun 2017 17:22

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsindən (VİDEO)

22 İyun 2017 17:22

DƏHŞƏT: tayfa davasında 100-dən çox adam öldü, atışma davam edir

22 İyun 2017 17:19

Fransa prezidenti: “Suriyanı təkbaşımıza vuracağıq”

22 İyun 2017 17:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt sakinlərinin şikayətini araşdırıb

22 İyun 2017 17:17

Yanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar? - VİDEO - FOTO

22 İyun 2017 17:17