Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hansı kitaba “Əhli-beytin Zəburu” deyirlər?

Hansı kitaba “Əhli-beytin Zəburu” deyirlər?

Date: 8 October 2016 20:12

Bu, dördüncü imam Əli Zeynül-abidinə (ə) məxsus olan duaların toplandığı "Səhifeyi-Səccadiyyə" kitabıdır. "Səccadiyyə" kəlməsi bu kitabın İmam Zeynül-abidinə (ə) məxsus olduğunu bildirir; çünki o həzrətin ləqəblərindən biri də "səccad", yəni "çox səcdə edən" idi.

Milli.Az islam.az-a istinadən bildirir ki, "Səhifeyi-Səccadiyyə" ümumilikdə 54 duadan ibarətdir. Dualar müxtəlif mövzulara aiddir: Allaha həmdü-səna, günahların bağışlanması, çətinliklərin həll olması üçün oxunan dualar, İmamın özü, valideyni və övladlarından ötrü duaları, qonşu və dostlardan ötrü dua, xəstəlikdən sağalmaq, borcu qaytarmaq, ruzini artırmaq niyyətilə oxunan dualar, ramazan ayının başlanğıcında və sonunda, Fitr bayramı, Ərəfə günü, Qurban bayramı və cümə günlərində oxunan dualar və sairə.

"Səhifeyi-Səccadiyyə"ni "Əhli-beytin Zəburu" adlandırırlar. Məlum olduğu kimi, Zəbur -Davud Peyğəmbərə (ə) nazil olmuş dua kitabı idi. Həzrət Davud (ə) Zəburu gözəl avazla oxuyurdu.

Milli.Az


Tags:  Hansı kitaba Əhli-beytin Zəburu deyirlər

RƏYLƏR


Top news