Danimarka Bakıya 65 idmançı göndərir

Danimarka Bakıya 65 idmançı göndərir
05:16 6 Mart 2015
65 İdman
Ölkə mətbuatı
A- A+

Danimarka Olimpiya Komitəsi (DOK) Bakı 2015-də yarışacaq ilk beş idmançının adını müəyyənləşdirib.

ASN PRESS-in məlumatına görə, Bakı 2015-in başlamasına 98 gün qalmış DOK Rene Holten Poulsenin avarçəkmə, Simone Tetsche Christensenin BMX velosiped idmanı, Triatlon Casper Stenderupın triatlon, eləcə də Peter Kildegard Andersen və Kristoffer Abellin çimərlik voleybolu üzrə Avropa Oyunlarında yarışacaqlarını elan elan edib. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.

“Danimarka komandasının Azərbaycanın paytaxtı Bakı şəhərində 17-ə yaxın idman növü üzrə 65 idmançı ilə təmsil olunacağı proqnozlaşdırılır. İlkin kvintentin Danimarkaya medallar qazandıracağı gözlənilir”. Bunu Danimarka Nümayəndə Heyətinin rəhbəri cənab Morten Rodtvit mətbuata açıqlamasında deyib. O əlavə edib ki, Danimarka komandası Avropa Oyunlarında bir neçə idman növü üzrə yüksək potensiala malikdir.

Poulsen keçmiş dünya çempionudur və 2008-ci ildə Pekində gümüş medal qazanıb.

Kristensen 2012-ci ilin BMX Avropa Çempionatında bürünc medal əldə edib.

Və Stenderup dəfələrlə triatlon üzrə ölkə çempionu olub.

Cənab Rodtvit bildirib ki, Avropa Oyunları 2016-cı ildə Rio Olimpiya Oyunlarına hazırlaşan bir neçə idmançı üçün əla sınaq yarışı olacaq.

“Bakıda nə qədər peşəkar Avropa atletləri çıxış edərsə, bir o qədər də Danimarka idmançılarının Rio 2016-ci Olimpiya Oyunlarına hansı səviyyədə hazırlıqlı olduqları məlum olacaq”, – deyə Rodtvit qeyd edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=330070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR