Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mədəsindən saç topası çıxdı

Mədəsindən saç topası çıxdı

Date: 8 October 2016 20:17

ABŞ-da cərrahlar 38 yaşlı qadının mədəsindən diametri 15 santimetrə çatan saç kütləsini çıxarıblar.
Milli.Az BBC-yə istinadən bildirir ki, Arizona ştatının sakini mədə ağrılarından əziyyət çəkirmiş.
Yeddi kiloqram çəki itirən qadın yemək və içməkdən az qala tam kəsilmişdi.
Bu arada onun mədəsi yeməklə dolu kimi görsənirdi.
Cərrahiyyə müdaxiləsi qadının mədəsində saç kütləsinin olduğunu müəyyən edib.
Həkimlər daha kiçik saç kütləsini pasientin bağırsağında aşkar ediblər.
Çəki itirən qadına protein pəhrizi tövsiyə olunub.
Həkimlər deyirlər ki, bəzən hüşsuz şəklində saç uclarını çeynəyən şəxslər onları udur.
Nəticədə mədə-bağırsaq sistemində həzm olunmayn saç kütləsi əmələ gələ bilər. Bəzən yemək və mədədəki mayelərlə qarışan kütlə daha sərt şəkil alır.
Belə halların az qala yarısı 10 yaşınadək uşaqlarda müşahidə olunur.

Milli.Az


Tags:  Mədəsindən saç topası çıxdı

RƏYLƏR


Top news