Ustaya 10 manat vermədi, 110 min manatı getdi - Bakıda film kimi olay

Ustaya 10 manat vermədi, 110 min manatı getdi - Bakıda film kimi olay
20:18 8 Oktyabr 2016
219 Ölkə
Ölkə mətbuatı
A- A+

Mənzili “aparmaq” üçün çox sadə üsuldan istifadə ediblər. Öz evləri imiş kimi, açarla qapını açaraq içəri daxil olublar. Yataq otağındakı seyfi tez-tələsik götürərək, ərazini bir göz qırpımındaca tərk ediblər. Törətdikləri cinayətin üstünün qısa müddətdə açılacağını gözləməyiblər. Çünki dəhlizdəki domofonun yaddaşına “həkk olunma”ları ağıllarına belə gəlməyib...

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Elnur və Elvin Əliyev qardaşları, Vaqif Ağayev, Tural Əzizov və Asəf Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ənvər Seyidov sədrlik edib.

Oğurlanan seyf Hövsan bağlarına aparılıb

İttihama görə, Elnur Əliyev özgənin əmlakını gizli talamaq məqsədilə adları çəkilən şəxslərlə cinayət ələqəsinə girərək, ötən ilin iyul ayının 26-da Nərimanov rayonu, A.Gəraybəyli küçəsi, 11/15 saylı evdə yaşayan 48 yaşlı Şəhla Əhmədovanın mənzilinə açarseçmə yolu ilə daxil olub. Aralarındakı razılaşmaya əsasən, Asəf Əliyev evin arxa hissəsində avtomobildə qalaraq, ev sahibinin qayıdacağı təqdirdə məlumat verməsi üçün dayanıb, Tural Əzizovla Vaqif Ağayev isə Elnurun onlara verdiyi açarla mənzilin qapısını açaraq içəri keçiblər. Yataq otağındakı dolabdan içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyfi götürərək mənzili tərk ediblər. Ev sahibinə ümumilikdə 110 min manat ziyan vuran dəstə üzvləri seyfi Hovsandakı bağ evlərindən birinə apararaq orada laqunda ilə kəsiblər, içərisindəki pulları öz aralarında bölüşdürüblər.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Vasif Ağayev, Asif Əliyev və məhkum olunmuş Tural Əzizov həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Mütəşəkkil dəstənin üzvü Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Əliyev və qardaşı 1991-ci il təvəllüdlü Elvin Əliyev barəsində axtarış elan edilib. 18 sentyabr 2015-ci ildə Elnur Əliyev, bu ilin mart ayının 17-də isə qardaşı Elvin Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

“Ramazan bayramı ərəfəsində müdirdən 10 manat istədim, vermədi”

Təqsirləndirilən şəxs qismində dindirilən Elnur Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində mənzil sahibi Şəhla Əhmədovanı və onun həyat yoldaşı Təxəyyül Əhmədovu uzun illərdir tanıdığını göstərib. Belə ki, 9 il öncə Təxəyyül Əhmədova məxsus “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən mebel sexində əvvəl fəhlə, daha sonrasa usta işləyib: “Günəmuzd işləyirdim. Ramazan bayramı ərəfəsində Təxəyyül Əhmədovdan 10 manat istədim, pula ehtiyacım olduğunu dedim. Pulu olsa da, mənə 10 manat verməkdən imtina etdi. Bu etiraz ona qarşı məndə qəzəb yaratdı və Təxəyyülü cəzalandırmağı planlaşdırdım”.

“Mənzilin açarını Vaqifə verdim və...”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, təxminən 3-4 il əvvəl T.Əhmədovun yaşadığı mənzilə bulaq suyu apararkən gözü dolabdakı dəmir seyfə sataşıb. Mebel sexinin sahibinə qarşı qəzəbli olan Elnur həmin seyfi oğurlayaraq içərisindəki pulları və qiymətli əşyaları götürmək qərarına gəlib. Bu məqsədlə tanışı Vaqif Ağayevlə görüşüb söhbətləşərək, seyfi oğurlamağı təklif edib. T.Əhmədovun yaşadığı mənzilin açarını Vaqifə verib və Əhmədovların evdə olmadıqları zaman seyfi götürməyi tapşırıb: “Vaqif məndən soruşdu ki, özün niyə getmirsən. Dedim ki, binada yaşayan qonşular məni tanıyır, həmin ərəfədə ora getsəm ev sahibinə məlumat verəcəklər. Vaqiflə birgə həmin ünvana gəldik. Təxəyyül və Şəhla Əhmədovların maşınlarını Vaqifə göstərdim”.

“Zəng vurub dedi ki, gəl sənə çatan pulu götür”

İyul ayının 26-da T.Əhmədovun ailə üzvləri ilə birgə çimərliyə gedəcəyini öyrənən E.Əliyev bu barədə Vaqifə məlumat verib: “Bir neçə saatdan sonra Vaqif zəng vurub artıq seyfi oğurladıqlarını, özü ilə birgə üç nəfər olduqlarını, seyfi açmaq üçün Hövsana getdiklərini, mənə çatacaq “payı” götürməyimi bildirdi. Həmin vaxt işdə olduğuma görə qardaşım Elvinlə əlaqə saxlayıb Hövsana getməyi və mənə çatacaq pulu götürüb gətirməyi xahiş etdim. Elvin də etiraz etmədi. Həmin gecə Elvin mənə 10 min manat gətirib verdi. Pulun bir hissəsini qonşulara olan borcuma ödədim, qalan hissəsi ilə meyvə-tərəvəz alveri etdim. Amma pulu batırdığım üçün qazanc əldə edə bilmədim”.

“Qızılları Nardaranda gizlətmişdim”

Təqsirləndirilən Vaqif Ağayev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Əhmədovları tanımadığını göstərib: “Elnuru qardaşı Elvinə görə tanımışam. Hadisədən 15 gün əvvəl Elnur məndən 50 manat borc almışdı, amma qaytarmırdı. Pulu tələb edəndə dedi ki, müdirimin yaxşı imkanı var, evində seyf saxlayır, istəsən açarı verərəm, seyfi götürərsən pulları yarı bölərik. Mən də razılaşdım. Bu barədə tanışlarım Turalla Asəfə dedim. Əhmədovlar evdə olmayan zaman Elnur bizə məlumat verdi, həmin ünvana yollandıq. Biz ora çatanda Təxəyyül Əhmədov ailə üzvləri ilə birgə avtomobilə əyləşib getdilər. Asəf binanın qarşısında maşında gözlədi, Turalla mən isə mənzilə qalxıb seyfi götürdük. Seyfi açandan sonra Elnura zəng vurub dedim ki, gəlib ona çatan payı aparsın. Seyfdən əldə edilən 40 min manatı aramızda böldük. Elnurun pulunu qardaşı Elvin gəlib apardı. Sonra hamımız ayrıldıq. Bir neçə gündən sonra Tural tutuldu. Ona görə gizlənməyə başladım. Mənzildən götürülən qızılları Nardaranda müvəqqəti işlədiyim evdə gizlətmişdim. Həbs olunandan sonra qızılların hamısını gizlətdiyim yerdən çıxarıb polis əməkdaşlarına təqdim etdim”.

“Onun əlində laqunda, yerdə açılmış seyf görəndə şübhələndim”

Təqsirləndirilən Elvin Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində nə Asəfi, nə Turalı, nə də Vaqifi əvvəllər tanımadığını göstərib: “Qardaşım Elnur deyirdi ki, Vaqiflə avtoyuma sexi götürüb işlətmək istəyir. İyulun 26-da Elnur zəng vurub işdə olduğunu, Vaqifin telefon nömrəsini verib ona zəng vurmağımı xahiş etdi. Ona çatacaq pulu Vaqifdən götürməyimi istədi. Mən də zəng vurub Hövsana getdim, pulu Vaqifdən götürdüm. Həmin vaxt adını sonradan bildiyim Turalın əlində laqunda, yerdə isə açıq vəziyyətdə seyf var idi. Vaqif şübhələndiyimi görüb dedi ki, sənlik bir şey yoxdur. Mənə 10 min manat verib dedi ki, apar qardaşına çatdır. Mən də həmin pulu gətirib Elnura verdim”.

“İki nəfərin fotoşəkli domofonun yaddaşına həkk olunmuşdu”

Zərərçəkmiş şəxs qismində dindirilən Şəhla Əhmədova ifadəsində göstərib ki, axşam saatlarında evə qayıdarkən şkafın içərisindəki seyfin oğurlandığını biliblər. Mənzilin dəhlizində olan domofon aparatının yaddaşına həkk olunmuş fotoşəkillərdən mənzilə girən şəxslərin iki nəfər olduğu müəyyən edilib: “Üç gündən sonra hadisənin iştirakçısı olan Tural adlı şəxs həbs edildi. Məlum oldu ki, oğurluq hadisəsini təşkil edən həyat yoldaşımın yanında usta işləyən Elnur olub. Onun qardaşı Elvin də bu cinayətdə iştirak edib”.

“Qardaşını xəstəxanaya aparması üçün 60 manat verdim”

Şahid qismində dindirilən Təxəyyül Əhmədov ifadəsində göstərib ki, gecə saatlarında ailəsi ilə birgə evinə döndüyündə mənzildə oğurluq olduğunu biliblər. Ertəsi gün mebel sexində olarkən Elnurun işə gəlmədiyini görüb. Elnurun qardaşı Elvin qardaşının xəstələndiyini, bu səbəbdən də işə çıxa bilməyəcəyini deyib: “60 manat pul veridm ki, Elnuru xəstəxanaya aparsın. Həmçinin Vaqif və Tural adlı şəxslərin fotoşəkillərini Elvinə göstərdim, tanıyıb-tanımadığını soruşdum. Elvin tanımadığını bildirdi”.

Məhkəmənin hökmü ilə Vaqif Ağayev 8 il, Asəf Əliyev 9 il 6 ay, Elnur Əliyev 10 il, Elvin Əliyev 7 il 6 ay, Tural Əzizov isə 9 il 7 ay müddətində azadlıqdan məhrum ediliblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanlı müğənni: "Yaşım az olsa da, çox şey görmüşəm" - VİDEO

24 Avqust 2017 11:09

Qənirə Paşayeva "Qarabağ" üçün səhnədə mahnı oxudu - VİDEO

24 Avqust 2017 11:08

Röya və Miri Yusif Heydər Əliyev Mərkəzinin parkında konsert verəcək

24 Avqust 2017 11:07

Rövnəq Abdullayev "Qarabağ"ı təbrik etdi

24 Avqust 2017 11:07

Yaşar Nurinin qızı müğənniliyə başladı? – “Səhnə üçün ölürəm”

24 Avqust 2017 10:59

ABŞ nüvə döyüş başlığı daşıyan yeni qanadlı raket yaradacaq

24 Avqust 2017 10:57

Qəhrəmanların qarşılanması - Fotoların dili ilə

24 Avqust 2017 10:57

VİDEO: Qənirə Paşayeva səhnədə mahnı oxudu

24 Avqust 2017 10:55

İlham Əliyev yeni “Tufan” gəmisinin təməlini qoydu

24 Avqust 2017 10:53

Astan Şahverdiyev: "Qarabağ FK"-nın qələbəsi məni maraqlandırmır"

24 Avqust 2017 10:53

Azərbaycan Prezidenti yeni inşa edilən “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

24 Avqust 2017 10:52

Türkiyədə sərnişin avtobusu körpüyə çarpılıb, 5 nəfər ölüb, çoxlu sayda sərnişin yaralanıb

24 Avqust 2017 10:52

Magistr və doktorantlar tələbə krediti ala biləcək - YENİLİKLƏR

24 Avqust 2017 10:49

İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

24 Avqust 2017 10:49

Rövnəq Abdullayev: “Bu, böyük tarixin ilk sətirləridir”

24 Avqust 2017 10:47

Məşhurların “Qarabağ” sevinci - FOTO/VİDEO

24 Avqust 2017 10:43

“Nüvə anbarı üzərində...” - ABŞ-a NÖVBƏTİ TƏHDİD

24 Avqust 2017 10:43

Bakıdakı toz dumanı nə vaxt çəkiləcək? - RƏSMİ AÇIQLAMA

24 Avqust 2017 10:39

Astara-Astara dəmir yolu 6 ay sonra fəaliyyətə başlayacaq

24 Avqust 2017 10:37

Azərbaycan vətəndaşının daxili orqanında heroin və metamfetamin aşkar olunub

24 Avqust 2017 10:37

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır

24 Avqust 2017 10:37

Fasilədə Qurban Qurbanov dedi ki..." - Rəşad Sadıqov

24 Avqust 2017 10:37

“Samsung” şirkəti “Galaxy Note8” smartfonunu təqdim edib

24 Avqust 2017 10:35

Azərbaycanı şoka salan xəbər gəldi...

24 Avqust 2017 10:34

FÖVQƏLADƏ QEYRİ-ADİLİK! Heyrətə gələcəksiniz!

24 Avqust 2017 10:33

Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

24 Avqust 2017 10:32

Nazirlik: Bakıda müşahidə olunan tozun miqdarı gün ərzində norma həddinə enəcək

24 Avqust 2017 10:32

“Oba köçdü” gülünün kədəri

24 Avqust 2017 10:24

Bu rəqsi etdiyinə görə onu həbs etdilər

24 Avqust 2017 10:24

ƏMDK: Müvafiq rəyi olmadan torpaqlar icarəyə və istifadəyə verilə bilməz

24 Avqust 2017 10:22

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (24.08.2017)

24 Avqust 2017 10:22

“İçerde” serialının qəhrəmanlarından GÖZLƏNİLMƏZ ADDIM - FOTO

24 Avqust 2017 10:18

Kılıçdaroğlu: " Biz qarderob Atatürkçüsü deyilik!" - VİDEO

24 Avqust 2017 10:18

“Para” BOKT kütləvi istiqraz emissiyası da planlaşdırır

24 Avqust 2017 10:17

Qaynadılmış qarğıdalının faydaları

24 Avqust 2017 10:17

Onlar "Qarabağın qələbəsini belə bayram etdilər...

24 Avqust 2017 10:14

Bakıda "Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı keçiriləcək

24 Avqust 2017 10:12

Abşeron rayonunda körpənin üzərinə televizor düşməsi nəticəsində ölüb

24 Avqust 2017 10:12

Leyla Əliyevadan "Qarabağ"a TƏBRİK

24 Avqust 2017 10:08

"Qarabağ"ın qələbəsi erməniləri özündən çıxardı

24 Avqust 2017 10:06

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək

24 Avqust 2017 10:02

"Qarabağ"ın vurduğu TARİXİ QOL

24 Avqust 2017 09:57

57 yaşlı müğənni özünü 6 yaş cavanlaşdırdı - FOTO

24 Avqust 2017 09:53

Proqnozlar Bürosu: Avqustun 27-dək Azərbaycanda arabir güclənən şimal küləyi əsəcək

24 Avqust 2017 09:52

Azərbaycan nefti bahalaşıb

24 Avqust 2017 09:52

"Qarabağ" Bakıya qayıtdı - AEROPORTDAN GÖRÜNTÜLƏR

24 Avqust 2017 09:49

VALYUTA MƏZƏNNƏLƏRİ

24 Avqust 2017 09:48

Xarici valyutaların manata qarşı məzənnələri

24 Avqust 2017 09:47

Şahin Mustafayevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

24 Avqust 2017 09:42

Tarixdə bu gün

24 Avqust 2017 09:40