Rusiyada azərbaycanlı evində şir saxlayır - fotolar

Rusiyada azərbaycanlı evində şir saxlayır - fotolar
20:26 8 Oktyabr 2016
46 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın Saratov vilayətinin Engels şəhərində evində şir balası saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub.

Axşam.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin “Engelskoe” Bələdiyyələrarası İdarəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, oktyabrın 6-da Tin-Zinya rayonu ərazisində şir balası görən yerli sakinlər bu barədə polisə məlumat veriblər. Məlumat öz təsdiqini tapıb. Məlum olub ki, Azərbaycandan olan ailə yaxın vaxtlarda daha bir şir balası almaq niyyətindədir.

“Bizim evdə belə heyvanların saxlanmasını qadağan etmək hüququmuz yoxdur. Şir balası peyvənd olunub, onun bütün lazımi sənədləri var”, - deyə polisdən bildirilib.








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR