Azərbaycanda canavarlar kəndə hücum etdi (FOTO)

Azərbaycanda canavarlar kəndə hücum etdi (FOTO)
20:48 8 Oktyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatala rayonu Muxax kəndinin sakini Fərman Eminovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, canavar hücumu nəticəsində onun sahibi olduğu 3 baş xırdabuynuzlu heyvan tələf olub:

"Bu gecə saat 4:00 - 5:00 radələrində itin səsinə oyandım. Həyətə düşdüm və tövləyə baxdım. Məlum oldu ki, saxladığım 18 baş xirdabuynuzlu heyvandan 3-ünü canavar parçalayıb. Bundan başqa, daha 3 heyvan ağır yaralanıb".

F. Eminov artıq hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verib. Hazırda idarənin əməkdaşları əraziyə baxış keçirir. Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölən və yaralanan heyvanlar təlimata uyğun məhv ediləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR