Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Exit-pol”: Hakim “Gürcü arzusu” partiyası seçkilərdə qalib gəlib

“Exit-pol”: Hakim “Gürcü arzusu” partiyası seçkilərdə qalib gəlib

Bolqarıstanda növbədənkənar parlament seçkiləri (26 Mart 2017 22:48)
29 illik prezidenti devirdi (17 Mart 2017 05:19)
Niderlandda parlament seçkilərinin ilkin nəticələri açıqlandı (16 Mart 2017 08:13)

Tarix: 8 Oktyabr 2016 20:52

Tbilisi. 8 oktyabr. REPORT.AZ/ Gürcüstanda parlament seçkiləri ilə əlaqədar keçirilən “exit-pol”ların nəticələri açıqlanıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu ölkənin OBQ, GDS, “İmedi” və Maestro televiziya şirkətlərinin sifarişi əsasında TNS şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim “Gürcü arzusu - demokratik Gürcüstan” partiyası 53,8 faiz, müxalifətdən olan “Vahid Milli Hərəkat” partiyası isə seçicilərin 19 faizinin səsini qazanıb.
Bu nəticələrə əsasən, yalnız bu iki partiya parlamentdə mandat əldə edə biliblər.
Beynəlxalq GFK şirkətinin keçirdiyi “exit-pol”un nəticələri isə bir qədər fərqlidir. Şirkətin yekun hesabatına görə “Gürcü arzusu” səslərin 39,9 faizini, “Vahid milli hərəkat” partiyası isə 32,74 faizini toplayıblar.
“Vətənpərvərlər alyansı” 5,76 faiz, “Leyboristlər partiyası” 4,21 faiz, İrakli Alasaniyanın “Azad demokratlar” partiyası isə 3,21 faiz səs toplayıb.
Qeyd edək ki, “Exit-pol” 220 məntəqədə 10 min seçici arasında keçirilib.

Teqlər:  Exit-pol Hakim Gürcü arzusu partiyası seçkilərdə qalib gəlib



RƏYLƏR


Top xəbərlər