Marneuli rayonunda seçki məntəqəsində kütləvi qarşıdurma baş verib FOTO

Marneuli rayonunda seçki məntəqəsində kütləvi qarşıdurma baş verib FOTO
21:03 8 Oktyabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonunun Qızıl Hacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində hakim "Gürcü arzusu"partiyası və “Vahid Milli Hərəkat” müxalifət partiyasının tərəfdarları arasında qarşıdurma baş verib, xəsarət alanlar var.

Məlumata görə, 100-dək dəyənəklərlə silahlanmış namılum şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib. Hücum edənlərlə “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib. Əlbəyaxa davada onlarla şəxsin iştirak etdiyi bildirilir.

Hadisə yerinə xüsusi təyinatlılar da daxil olmaqla çoxlu sayda polis əməkdaşı və həkim briqadaları cəlb olunub.

Məlumata görə, qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar var.

Qeyd olunan seçki subyektlərinin nümayəndələri insidentin baş verməsində bir-birilərini ittiham edir.

Polis hazırda vəziyyəti nəzarətə götürüb.

Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR