Həkimlərin "müalicəsi" Amini dəhşətli vəziyyətə salıb - VİDEO

Həkimlərin "müalicəsi" Amini dəhşətli vəziyyətə salıb - VİDEO
21:27 8 Oktyabr 2016
341 Ölkə
Ölkə mətbuatı
A- A+

Həkimlərin yanlış diaqnozuna görə  uşaq  ölümcül vəziyyətə düşüb.

Hadisə Yevlaxda olub. Səmədovlar ailəsinın 4 yaşlı övladı Amin həyətdə velosiped sürərkən yıxılıb. Babası Elbrus Səmədov onu

Mingəçevirdə həkimə aparıb. Həmin vaxt orada uşaq həkimi olmadıgına görə xəstəxananın nevropotoloq həkimi Eldar İsayev Amini müayinə edib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ailə üzvləri deyir ki, bir neçə gün sonra uşağın bədənində qızartılar əmələ gəlib. Bu dəfə baba uşağı Mingəçevir şəhər uşaq xəstəxanasına  aparıb. Famil adlı uşaq həkiminin yazdıgı dərmanlar isə Amini  lap pis vəziyyətə salıb.

Bir neçə saatdan sonra uşagın agzından bədənindən çirk axmaga başlayıb. Mərkəzi xəstəxananın həkimləri çıxılmaz vəziyyətdə qalıb və Bakıya göndəriş verilib.

Uşağa ilk dərmanlar yazan həkim Eldar İsayev iddialarla razılaşmır. Onun dediyinə görə, Bakıdakı həkimlərlə də əlaqə saxlayıb, səbəblərini araşdırıb.

Amin Səmədli Bakıda müalicə aldıqdan sonra onun vəziyyəti normallaşmağa başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR