Qoşqulu traktorlar yollarda təhlükə yaradır - VİDEO

Qoşqulu traktorlar yollarda təhlükə yaradır - VİDEO
21:27 8 Oktyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Tam yaxınlaşmamış yolda traktor olduğu anlaşılmır.

Heç bir xəbərdaredici işıqlandırma olmadıgından traktorlarla gecə yük daşınması təhlükəyə səbəb olur. Aşağıda təqdim edəcəyimiz görüntülər Sabirabaddandır.  Pambıq yığımı aparıldıgından qoşqulu traktorlar da iş başındadır. Xüsusi ilə axşam saatlarında avtomobillərin daha sıx hərəkət etdiyi yollarda pambıq və digər yükləri daşıyan işıqsız qoşqulu traktorlara rast gəlmək olur. Bu da ilk növbədə digər sürücülər üçün təhlükə mənbəyi deməkdir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, traktor sürücüləri də tutulan iradlarla razıdır.

Bənzər görüntülər Bərdədəndir. Bir çox traktor və yük maşını sürücüləri sənədləri qaydasında olmadıgına görə yükləri gecə daşıyırlar. Bu da təhlükəli hala yol açır.

Bununla baglı yol polisi bölmələrindən bildirilib ki, belə nəqliyyat vasitələrinə qarşı cərimələr tətbiq edilir. Təhlükəsizliyə qarşı tədbirlər də davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR