Yol polisi bir ailəni ağır qəzadan xilas etdi - VİDEO

Yol polisi bir ailəni ağır qəzadan xilas etdi - VİDEO
21:32 8 Oktyabr 2016
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Minik avtomobili gah yolu ortalayıb gedir, gah da yoldan kənara çıxır... Hətta yoldan tam çıxaraq toz da qoparır.

Minik avtomobilinin bu hərəkətini görən yol polisi əməkdaşları sürücünün sərxoş olduğunu və ya yuxuladığını düşünürək "Saxla" əmri veriblər. Avtomobil dayandıqda isə sürücünün sükan arxasında yuxuladığı məlum olub.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, maşında sürücüdən başqa, onun ailə üzvləri də olub. Sürücü özü də mürgülədiyini etiraf edib. Bunu görən polis əməkdaşları sürücünü posta dəvət edərək ona orada dincəlməyi məsləhət görüblər. Sürücü postda əl-üzünü yuduqdan və bir qədər dincəldikdən sonra yoluna davam edib.

Hadisə Bakı-Qazax magistralının 240-cı kilometrliyində, Borsunlu-Dəlməmmədli yaşayış məntəqəsi ərazisində baş verib. Hadisə barədə də sürücü Şirin Qasımov özü məlumat verib. Görüntülər isə yol polisinin avtomobilindəki registratora qeyd olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR