Buraxılış imtahanlarında yeni qaydalar - VİDEO

Buraxılış imtahanlarında yeni qaydalar - VİDEO
21:32 8 Oktyabr 2016
309 Ölkə
Ölkə mətbuatı
A- A+

Orta məktəblərdə buraxılış imtahanlarının qaydaları dəyişdirilib. Cari tədris ilində məzunların biliyi yeni qaydalar əsasında qiymətləndiriləcək.

Yeni qaydalar Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub. Yeni qaydalara görə, doqquzuncu sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili və riyaziyyat fənlərindən iki mərhələdə keçiriləcək.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bununla yanaşı, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında esse yazacaqlar.

Yeni qaydalarda ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün essenin qiyməti nəzərə alınacaq. İkinci mərhələdə şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək. Tədris digər dillərdə aparılan təhsil müəssisələrində isə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı yalnız riyaziyyat fənnindən olacaq. Yeni qaydanın tədris prosesində müsbət dəyişikliklərə səbəb olacağı gözlənilir.

Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR