Azərbaycanda ev tikmək asanlaşır - VİDEO

Azərbaycanda ev tikmək asanlaşır - VİDEO
21:37 8 Oktyabr 2016
212 Ölkə
Ölkə mətbuatı
A- A+

Fərdi evlərin tikintisi daha dinamik şəkildə aparılacaq. Bununla bağlı Şəhərsalma və  Tikinti Məcəlləsində dəyişiklik olacaq.

Hazırda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan evlərin tikintisi üçün icra hakimiyyəti orqanlarından icazə tələb edilmir. Sadəcə müvafiq qurumlara məlumat verilməlidir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yəni 1 ay ərzində tikinti üçün xüsusi irad olmurdusa, vətəndaş inşaata başlaya bilərdi.

Milli Məclisdə müzakirəyə çıxarılacaq yenilik qəbul edilsə, sözügedən 1 aylıq müddət də  qısalacaq.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, təkliflər qəbul edilərsə, bu zaman sözügedən parametlərdə olan fərdi evlərin tikintisi daha güclənə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR