Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan Daşkənddə keçirilən cüdo “Qran-Pri”sində 2 medal qazanıb

Azərbaycan Daşkənddə keçirilən cüdo “Qran-Pri”sində 2 medal qazanıb

Yaponiyalı gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazandı (19 Mart 2017 18:43)
Azərbaycan gimnastı bürünc medal qazandı (19 Mart 2017 14:32)
Aprel şəhidlərinin xatirəsinə beynəlxalq cüdo yarışları keçiriləcək (16 Mart 2017 12:44)

Tarix: 8 Oktyabr 2016 21:42

Bakı. 8 oktyabr. REPORT.AZ/ Özbəkistanın Daşkənd şəhərində cüdo üzrə “Qran-Pri” yarışına yekun vurulub.
Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan milli komandası mötəbər turnirdə növbəti medalını qazanıb.
Ölkəmizi 100 kq. çəki dərəcəsində təmsil edən Cəlil Şükürov ilk qarşılaşmasında meydan sahibi Erkin Doniyrov üzərində qələbə qazanıb. O, yarımfinalda Türkmənistan təmsilçisi Sahidzhol Saidova qalib gələrək finala yüksəlib. Şükürov həlledici görüşdə Özbəkistan cüdoçusu Soyib Kurbonova məğlub olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, ötən gün daha bir təmsilçimiz – Rüfət İsmayılov (81 kq) milli komandamıza bürünc medal qazandırıb.

Teqlər:  Azərbaycan Daşkənddə keçirilən cüdo Qran-Prisində medal qazanıb



RƏYLƏR


Top xəbərlər