Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi: 22 ildə ilk dəfə

Azərbaycan millisi: 22 ildə ilk dəfə

Date: 8 October 2016 22:17

Azərbaycan millisi tarixində ilk dəfə ardıcıl iki seçmə oyununda qələbə qazanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, seçmə mərhələlərdə 1994-cü ildə debüt edən komandamız 22 illik çıxışları ərzində ilk dəfə qələbə seriyasına imza atıb.
 
Komandamız DÇ-2018-in seçmə mərhələsində San-Marinonun ardından Norveçi də 1:0 hesabı ilə məğlub edib. Bu, yığma tarixində görünməmiş və ilk dəfə gerçəkləşən qələbə seriyasıdı.
 
Cəmi 2 matçdan ibarət belə seriyayadək 10 dəfə meydanı qalib kimi tərk edən komandamız heç vaxt uğurun ardını gətirə bilməmişdi.
 
Seçmə mərhələlərdəki 11-ci qələbəsini səfərdə əldə edən futbolçularımız 12-ci uğurunu Bakı Olimpiya Stadionunda qazandı.

Milli.Az


Tags:  Azərbaycan millisi 22 ildə ilk dəfə

RƏYLƏR


Top news