Azərbaycan yığması: Rekord təkrarlanacaqmı?

Azərbaycan yığması: Rekord təkrarlanacaqmı?
22:17 8 Oktyabr 2016
213 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi tarixində ikinci dəfə seçmə oyunlarında "quru seriya"ya imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,DÇ-2018-in seçmə mərhələsinin startında San-Marino və Norveçdən qol buraxmayan komandamız artıq 2 oyundu qapısını toxunulmaz saxlayır.
 
Millimizin seçmə mərhələlərdəki çıxışları tarixində bunadək yalnız 1 dəfə birdən artıq matçda qol buraxmamışdı. Həmin uğurlu seriya 3 "quru"dan ibarət idi.
 
AÇ-2016-nın ardıcıl oyunlarında Maltadan evdə, Norveçdən səfərdə və Xorvatiyadan Bakıda qol buraxmayan yığmamız tarixinin rekordunu rəsmiləşdirmişdi.
 
İkinci dəfə seriyaya imza atan komandamız həmin rekordun bir addımlığndadı. Çexiyada qol buraxılmasa, rekord təkrarlanacaq.
 
Qeyd edək ki, komandamız San-Marino ilə səfər, Norveçlə ev oyunlarının hər ikisini 1:0 hesablı qələbə ilə başa vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR