"Nəticə bizi məyus etsə də..." - Norveç millsinin baş məşqçisi

"Nəticə bizi məyus etsə də..." -   Norveç millsinin baş məşqçisi
22:47 8 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Dünya çempionatının seçmə qrup mərhələsində Bakıda Azərbaycan millisindən aldıqları 0:1 hesablı məğlubiyyətdən sonra Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo mətbuat konfransı keçirib. Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qol fürsətlərini qaçırmaqlarından gileylənib.



- İlk növbədə Azərbaycan yığmasını qələbə münasibəti ilə təbrik edirəm. Nəticə bizi məyus etsə də, qeyd etməliyəm ki, oyun ərzində kifayət qədər qol şansımız oldu. Amma bu imkanları boşa verdik.


- Meydançanın durumundan razı qaldız?


- Tam qane etdi. Çoxsaylı hava ötürmələri etdik. Təəssüf ki, bunlardan faydalana bilmədik.


- 2 oyundan sonra xalınız yoxdu. İstefa barədə düşünmürsünüz?


- Əlbəttə, məyusuq. Ötən tsikldə də Azərbaycandan 6 xal ala bilmədik. İndi növbəti oyunlar barədə düşünürük.


- Millimizi məğlub edəcəyinizə əmin olduğunuzu bildirmişdiniz. Bununla futbolçularımızı daha da çox motivasiya etdiyinizi düşünmürsünüz?


- Biz hücumlar etdik. Ancaq qol çatışmadı.


- Qol buraxdıqdan sonra 80 dəqiqəniz qalırdı. Ancaq bu zaman kəsiyində komandanızın ifasında hava ötürmələrindən başqa, heç nə görmədik. Assortimentiniz elə bundan ibarət idi?


- Azərbaycan yığması müdafiəni meydanın mərkəzindən qurmuşdu. Başqa üslubda hücum qurmaq imkanımız yox idi. (futbolinfo.az)



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotntic-bizi-myus-ets-dquot-t53198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR