“Siz Xorvatiyadan da xal almısız...” – Per-Matias Hoqmo

“Siz Xorvatiyadan da xal almısız...” – Per-Matias Hoqmo
22:47 8 Oktyabr 2016
111 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm. Sözsüz ki, nəticə ilə bağlı məyusuq. Amma şanslarımız oldu, sadəcə dəyərləndirə bilmədik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo deyib.

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan norveçlilər qrupda ardıcıl ikinci məğlubiyyətlərini (0:1) alıblar.

Matçdan sonra keçirilən mətbuat konfransında Hoqmo fikrini bu cür davam etdirib: "Meydanın vəziyyəti normal idi. Bizim çoxlu hava ötürmələrimiz oldu. Lakin şansları qaçırdıq".

- Seçmə mərhələnin hər iki görüşündə komandanız uduzub. İstefa barədə düşünürsüzmü?

- Bu nəticəyə görə məyusuq. Keçən seçmə mərhələdə Azərbaycandan 4 xal almışdıq. Artıq budəfəki görüşü unudub, növbəti qarşılaşmaya hazırlaşacağıq.

- Matçdan öncə demişdiz ki, Azərbaycan və San-Marino ilə oyunlarda 6 xal qazanmaq fikrindəsiz. Sizə elə gəlmir ki, bunu deməklə azərbaycanlı futbolçulara daha çox motivasiya verdiniz?

- Biz həmişə qalib gəlmək istəyirik. Ancaq Azərbaycan yığmasının inkişafı artıb. Oyun keyfiyyəti görünürdü. Keçən il siz Xorvatiyadan da xal almışdız. Futbolda hər cür nəticə qeydə alınır.

- Hava ötürmələrindən başqa heç nə ilə yadda qalmadınız. Başqa oyun planınız yoxdu?

- Gördüz ki, Azərbaycan yığması orta xətdən müdafiə olunmağa başlayırdı. Buna görə də, bizim qol vurmaq üçün başqa şansımız yox idi. Məhz bu səbəbdən rəqibin cərimə meydançasının daxilinə hava ötürmələrin etməklə, qol vurmaq istəyirdik. Əfsuslar olsun ki, bu istəyimiz baş tutmadı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR