“Sevinməyə vaxt yoxdu” – Robert Prosineçki

“Sevinməyə vaxt yoxdu” – Robert Prosineçki
22:47 8 Oktyabr 2016
83 İdman
Ölkə mətbuatı
A- A+

"Oyunun çətin keçəcəyini bilirdik. 90 dəqiqədən sonra xoşbəxtəm".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
 
DÇ-2018-in seçmə mərhələsində Norveçi qəbul edən yığmamız Maksim Medvedevin yeganə qolu sayəsində qələbə qazanaraq, yoluna itkisiz davam edir.
 
Prosineçki qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında qələbəni şərh edib: "Komandam mübarizə apardı. Əzmkar oyunla 3 xalı Bakıda saxladıq. Bizim üçün vacib oyun idi. Rəqib bizə imkan vermirdi ki, oyun göstərək. Çox çətin idi. Bunun müqabilində qələbə qazanmaq əla hissdi. Çox sevinməyə vaxt yoxdu. Çünki 3 gündən sonra daha bir vacib oyuna çıxacağıq. Sabah Çexiyaya yola düşəcəyik. Səfərdəki matçda da eyni futbolu göstərməli, əzmkar oyun sərgiləməliyik. Ordan da yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR