Ermənilər darmadağın edildi (VİDEO)

Ermənilər darmadağın edildi (VİDEO)
22:53 8 Oktyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

Oktyabrın 8-də futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində erməni millisi Vazgen Sarkisyan adına Respublika Stadionunda Rumınya milli komandasını qəbul edib.

Publika.az xəbər verir ki, qonaqların üstünlüyü ilə keçən qarşılaşmada ermənilər biabırçı şəkildə məğlub olublar.

Qarşılaşmanın üçüncü dəqiqəsində kobud qayda pozuntusuna görə, erməni millsinin oyunçusu Gor Malakyan meydandan qovulub. Dördüncü dəqiədə isə Boqdan Stanku penaliti zərbəsi ilə hesabı açır. Bunan sonra qapısında daha 3 qol görən erməni millisi birinci hissəni 0:4 hesabı ilə başa vurub.

Qarşılaşmanın 60-cı dəqiqəsində isə rumınlar ev sahibinin qapısına daha bir qol ataraq cavabsız topların sayını beşə yüksəldiblər.

Qarşılaşma bu hesabla da başa çatıb.

Ermənistan – Rumınya – 0:5

Qollar: Boqdan Stanku, 4 (pen), Adrian Popa, 10, Razvan Marin, 12, Nikola Stançu, 29, Aleksandr Çipçu, 60


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR