Şəki-Bakı avtobusu Bakıda qəzaya düşdü: yaralılar var

Şəki-Bakı avtobusu Bakıda qəzaya düşdü: yaralılar var
05:56 6 Mart 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı dairəvi yolunda qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan “Mercedes” marklaı maşının sürücüsü Lökbatan qəsəbəsindən Bakı Beynəlxalq avtovağzalı istiqamətində hərəkətdə olarkən, yağışlı havada sürəti düzgün seçməyib. Yüksək sürətlə hərəkətdə olan avtomobil sürücünün nəzarətindən çıxaraq, əvvəlcə yolayırıcı səddə çırpılıb. Daha sonra “Mercedes” Şəkidən Bakıya gələn sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində “Mercedes”dəki sərnişin Nicat Süleymanov ağır, digər sərnişinlər və sürücü isə yüngül xəsarət alıblar. Yaralı Nicat Süleymanov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi xüsusi riskli xilasetmə xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar yaralını xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Nicat Süleymanov xəstəxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Yasamal Rayon Polis idarəsində araşdırma aparılır.
Mənbə
ANS PRESS Anar Qafarov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=330075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR