Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Hesabı açmağımız bizi ehtiyatlı oynamağa vadar etdi"

“Hesabı açmağımız bizi ehtiyatlı oynamağa vadar etdi"

Date: 8 October 2016 23:17

“Oyun gözlədiyimiz kimi getmədi. Erkən qol vurduq. Bu qədər qapanmaq fikrimiz yox idi”. Fanat.Az saytı xəbər verir ki, bu sözləri millimizin kapitanı Rəşad Sadıqov deyib.


Millimiz bu gün DÇ-2018-in seçmə mərhələsində Norveç yığmasını 1:0 hesabı ilə üstələyib.  Sadıqov matçla bağlı bunları söyləyib: “Hesabı açmağımız bizi ehtiyatlı oynamağa vadar etdi. Əsas odu ki, komandamız sona qədər vuruşdu, dözdü və qələbə qazandı.  Albaniyanı, İslandiyanı, Şimali İrlandiyanı götürək. Bu komandalar vuruşa-vuruşa Avropa çempionatına vəsiqə qazandılar.  Çexiya ilə oyun üçün ən böyük problem odu ki, 3-cü gün oynayacağıq.  Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Bir az ağrılarım oldu. Ancaq önəmli deyil, oynadım. Şeydayev cavandı, düşünürəm ki, gələcəkdə bizim üçün faydalı olacaq”.


Fanat.Az

Tags:  Hesabı açmağımız bizi ehtiyatlı oynamağa vadar etdi

RƏYLƏR


Top news