Kamran Ağayevdən yeni qafiyə: "2 oyuna 6 xal"

Kamran Ağayevdən yeni qafiyə:   "2 oyuna 6 xal"
23:27 8 Oktyabr 2016
193 İdman
Ölkə mətbuatı
A- A+

“Ağır oyun oldu, nəticə əldə etmək üçün müdafiə olunmağa məcbur qaldıq”.  Fanat.Az saytı xəbər verir ki, bu sözləri millimizin qapıçısı Kamran Ağayev deyib.


Yığmamız bu gün DÇ-2018-in seçmə mərhələsində Norveç millisini məğlub etdi. Ağayev ardıcıl 2-ci qələbə barədə bunları söyləyib: “Düşünürəm ki, yaxşı oynamaqdansa, nəticə önəmlidir. İnşallah, irəlidə həm oyunumuzu düzəldərik, həm də nəticələr yaxşı olar. Vuruşmaq lazım idi, bu gün də bunu etdik. Əlcəyimi niyə dəyişdim? Əlcək palçıq oldu, sürüşürdü. Palçığın təmizləyəndə içi qopdu. Meydança çox yumşaq idi, sürüşürdük. Növbəti oyunumuz barədə indidən danışmaq çətindir”. 


Meyxana həvəskarı olan Kamran ona ünvanlanan "2 oyuna 6 xal" qafiyəsi gedər" sualına gülərək belə cavab verib: "Lazım olsa, gedər". (futbolinfo.az)



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kamran-aayevdn-yeni-qafiy-t53204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR