Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi Norveç üzərində tarixi qələbə qazanaraq qrup liderliyinə yüksəlib

Azərbaycan millisi Norveç üzərində tarixi qələbə qazanaraq qrup liderliyinə yüksəlib

Date: 9 October 2016 00:37

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin II turu çərçivəsində Bakıda Norveç yığmasını qəbul edib.
"Report"un məlumatına görə, qarşılaşma millinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolun müəllifi müdafiəçi Maksim Medvedev olub. O, 11-ci dəqiqədə qonaqların qapısına yol tapıb.
Bununla da milli komanda aktivinə daha 3 xal yazdıraraq "C" qrupunun liderlər mövqeyindəki yerini möhkəmləndirib. Üstəlik bu qalibiyyət Azərbaycan millisi üçün tarixi qələbədir. Yığmamız 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə ilk dəfə ardıcıl iki oyunda qalib gəlib. Milli buna DÇ-2018-in seçmə mərhələsinin startında San Marinoya səfərdə (1:0) və Norveçə evdə qələbə qazanmaqla nail olub. Azərbaycan yığması bunadək yalnız bir seçmə mərhələdə - AVRO-2012-də qrupda iki qələbə qazanmışdı. Ancaq bunlar ardıcıl qələbə olmayıb. Həmin qələbələr Türkiyə yığması ilə ev (1:0) və Lixtenşteynlə səfər (2:0) matçlarına təsadüf edib. Həmin vaxt milli komandanı almaniyalı baş məşqçi Berti Foqts çalışdırıb. İndi isə yığma komanda xorvatiyalı baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında ilk dəfə qrupda 6 xalla liderliyə yüksəlib.
Qeyd edək ki, milli komanda növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiyaya qarşı keçirəcək. Həmin görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
***20:11
Futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Norveç matçında hesab açılıb.
"Report" xəbər verir ki, Azərbaycan yığması oyunun 11-ci dəqiqəsində Maksim Medvedevin dəqiq zərbəsi ilə hesabda irəli çıxıb - 1:0.
***20:00
Azərbaycan milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşır.
"Report"un məlumatına görə, matç Bakı Olimpiya Stadionunda keçirilir.
"C" qrupunda keçirilən görüş baş məşqçi Robert Prosineçkinin rəhbərlik etdiyi komanda üçün hazırkı mövqeyini qorumaq və yola uğurla davam etmək baxımından yaxşı imkan yaradır. İlk görüşdə səfərdə San Marino yığmasına qalib gələn (1:0) milli komanda ev oyunundan da qələbə ilə ayrılacağı təqdirdə ən azı qrup ikinciliyini qorumuş olacaq.
Bununla komandalar 5-ci dəfə üz-üzə gələcək. Komandalar ilk dəfə 1998-ci ildə Fransada keçirilmiş dünya çempionatının seçmə qrup mərhələsində bir-birinə rəqib olub. 1996-cı il iyunun 2-də Norveçdə baş tutmuş görüşdə meydan sahibləri böyükhesablı qələbə qazanıb - 5:0. 1997-ci il sentyabrın 6-da Bakıdakı cavab oyununda Norveç yığması 1:0 hesbalı qələbə sayəsində aktivinə 3 xal yazmağı bacarıb. Növbəti dəfə də Fransanın ev sahibliyi etdiyi turnirin seçmə mərhələsində komandaların yolları yolları kəsişib. AVRO-2016-ya gedən yolda Norveç iki oyundan 4 xal qazanıb. 2014-cü il noyabrın 16-da Norveçdə baş tutmuş görüşdə yenə meydan sahibləri minimal hesablı qələbə qazanıb - 1:0. 2015-ci il iyunun 15-də baş tutmuş cavab oyununda isə hesab açılmayıb.
Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur
20:00. Azərbaycan - Norveç
Baş hakim: Liran Liani
Yan xətt hakimləri: David Elyas Bitton, Nissan Davidi
Dördüncü hakim: Eytan Şmuelevits (hamısı İsrail)
UEFA nümayəndəsi: Çarles Şaak (Luksemburq)
Bakı. Bakı Olimpiya Stadionu
Qeyd edək ki, milli komanda növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiyaya qarşı keçirəcək.
Komandalar Oyun Q B M T-F Xal AZƏRBAYCAN 2 2 0 0 2 6 Almaniya 1 1 0 0 3 3 Çexiya 1 0 1 0 0 1 Şimali İrlandiya 1 0 1 0 0 1 San Marino 1 0 0 1 -1 0 Norveç 1 0 0 1 -4 0



























Tags:  Azərbaycan millisi Norveç üzərində tarixi qələbə qazanaraq qrup liderliyinə yüksəlib

RƏYLƏR


Top news