Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda maraqlı hadisə: “Süpürgəpulu” əvəzinə məktəbə 150 süpürgə aldı

Azərbaycanda maraqlı hadisə: “Süpürgəpulu” əvəzinə məktəbə 150 süpürgə aldı

Date: 9 October 2016 00:58

Facebook sosial şəbəkəsində Bərdədəki məktəblərdən biri ilə bağlı maraqlı məlumat paylaşılıb.

Modern.az saytı xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin yaydığı məlumatda qeyd edilib ki, rayonun Hacallı kəndindəki orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyni "süpürgəpulu” tələbinə qarşı original addım atıb.

Belə ki, ata övladının "məktəbdə yenə "süpürgəpulu” istəyirlər” sözlərindən sonra problemi necə deyərlər, "kökündən həll etmək” qərarına gəlib. Dəfələrlə məktəbə "süpürgəpulu” yollayan ata bu dəfə 150 ədəd süpürgə alaraq, təhsil müəssisəsinə göndərib.

Deyilənə görə, indi Bərdədə çox adam bu hadisədən danışır.


Tags:  Azərbaycanda maraqlı hadisə Süpürgəpulu əvəzinə məktəbə 150 süpürgə aldı

RƏYLƏR


Top news