Maksim Medvedev: "Səfərdə bizi Çexiya ilə çox çətin oyun gözləyir"

Maksim Medvedev: "Səfərdə bizi Çexiya ilə çox çətin oyun gözləyir"
01:17 9 Oktyabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Çox sevinirik ki, vacib 3 xalı qazana bildik. Rəqib güclü olsa da, uşaqlar çox yaxşı vuruşdular. Qələbə üçün əlimizdən gələni etdik. Həm də çox şadam ki, millidə ilk qolumu vurdum. Bu tempi saxlamağa çalışmalıyıq. Səfərdə bizi Çexiya ilə çox çətin oyun gözləyir. Əvvəlcə bu görüşə hazırlaşmalı, sonra isə Norveç üzərində qələbənin sevincini doyunca yaşamalıyıq".
"Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Maksim Medvedev Norveç millisinə evdə 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2018-in seçmə qrup matçından sonra deyib.
Müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb:
Tribunalarda bu qədər azarkeşin olacağını gözləyirdiniz?
- Açığı, gözləmirdim. Çünki bilet satışı ilə tanış olduqda, bu göstəricinin aşağı olduğunu görmüşdüm. Amma oyun vaxtı anşlaq oldu. Bilmirəm, bu camaat hardan gəldi?! Doğrudan da evdə oynadığımız hiss olunurdu. Gücümüz olmasa da, azarkeşlərin səsi, gurultusu bizə çox böyük motivasiya verirdi. Ona görə də əlavə güc sayəsində sonadək vuruşa bildik.
Norveçli jurnalistlərin millimizin mətbuat konfransına gəlməmələri sizdə qıcıq yaratmamışdı ki?
- Oyunöncəsi mətbuat konfransına gələndə baş məşqçimiz Robert Prosineçki ilə birgə olduğumuz vaxt norveçli nümayəndələrdən biri bizə yaxınlaşdı. Salam verdikdən sonra dedi ki, sabah 3 xalı götürüb evə gedəcəyik. Biz də belə baxdıq... Karyeramda birinci dəfə idi ki, rəqib komandanın nümayəndəsi bizə belə bir söz desin. Amma hər şeyi gördülər, evlərinə əliboş getdilər. Düşünürəm ki, bir daha belə danışmayacaqlar.
İsveç "Göteborq"u ilə Avropa Liqasının "play-off" mərhələsindəki ev oyununuzda da meydanın vəziyyəti yaxşı deyildi. Bəs bu gün necə: Ot örtüyünün vəziyyəti oynamağa problem yaradırdı?
- Respublika Stadionu ilə Bakı Olimpiya Stadionunun ot örtüyü bir-birindən fərqlənir. Bu arena 2 gün əvvələ nisbətən normal idi. 2 gün əvvəl ot örtüyünü sulamışdılar, ümumiyyətlə, məşq etmək olmurdu. Bu gün isə bəzi futbolçular sürüşürdü, amma çox vaxt ayaq üstə qalmaq olurdu. Digər tərəfdən, bu örtüyə cəmi 20 gün qulluq olunub. Bu da futbol meydanı üçün çox azdır. Ən azı 6 ay belə vəziyyətdə qalmalıdır ki, dağılmasın. Düşünürəm ki, meydanı yaxşı vəziyyətə gətirmək üçün gələn ilədək vaxtımız var.
Növbəti ev oyunlarını hansı stadionda keçirmək istərdiniz?
- Açığı, mənim üçün fərqi yoxdur. Tribunalar dolacaqsa, burada oynamaq yaxşı olardı. Amma elə oyunlar olur ki, azarkeş gəlmir. Lakin hiss edirəm ki, bu qələbələrdən sonra azarkeşlərin marağı daha yüksək olacaq. Bakı Olimpiya Stadionunun ot örtüyü düzəlsə, burada oynamaq bizə daha maraqlı olacaq.
Özünüz mərkəz müdafiəçisi mövqeyində çıxış etsəniz də, qol vurdunuz. Həmin epizodda irəli çıxmağınıza səbəb nə idi?
- Qolu standart vəziyyətdən sonra vurduq. Baş məşqçimiz tapşırıq vermişdi ki, künc və cərimə zərbələri vurduğunuz vaxt irəli çıx. Çünki komandamızda alçaq boylu futbolçular çox idi. Ucaboylular mən, Eddi İsrafilov və Ruslan Qurbanov idik. Ona görə də irəli çıxdım. Elə oldu ki, cərimə zərbəsi yerinə yetirilərkən, rəqibin cərimə meydanını tərk etmədim. Gördüm ki, Ağabala Ramazanov yaxşı mövqedə durub. Mən də yaxşı açıldım, Ramazanov isə ayağıma ötürmə verdi. Nəticədə zərbəm tora tuş gəldi.
Bəs mərkəz müdafiəçisi kimi yığmadakı ikinci oyununuzdan razı qaldınız?
- Yavaş-yavaş alışıram. Açığı, yalnız millidə sonuncu müdafiəçi mövqeyində oynayıram. "Qarabağ"da isə nadir hallarda məni o mövqedə görə bilərsiniz. Çünki həmin mövqedə oyunçularımız var. Bu gün bir az problem olduğu üçün məcbur oldum ki, mən oynayım. Tam yüzfaizlik oyun göstərə bilmədik. Baxmayaraq ki, qol vura bildim. Bir şeyi nəzərə almaq lazımdır ki, Norveç futbolçuları bizdən bir baş hündür idi. Ona görə də onlarla ikinci mərtəbədə mübarizə aparmaq çox çətin idi. Rəşad Sadıqovla danışdıq, buna hazır idik. Bizim üçün önəmlisi "ikinci mərtəbə" idi. Futbolçularımız rəqibin hücumlarının öhdəsindən gələ bildilər. Qapıçımız Kamran Ağayevi də qeyd edərdim. Bu gün çıxışda çox inamlı oynadı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Argentina millisinin sabiq üzvü "Qəbələ" ilə oyunu buraxacaq

22 İyul 2017 14:52

“Taliban” liderinin oğlu öldürüldü

22 İyul 2017 14:43

Əbədi işləyən elektrik velosipedi yaradıldı

22 İyul 2017 14:42

"Petro-Logistics"in hesabatı nefti 3% ucuzlaşdırıb

22 İyul 2017 14:42

Əli Həsənov iddialara cavab verdi: "Çox təəssüf ki..."

22 İyul 2017 14:39

Türk model: "Ronaldo məni Madridə çağırdı, getmədim" - FOTOLAR

22 İyul 2017 14:37

Azərbaycanlı şagirdlər Braziliyada keçirilən Riyaziyyat Olimpiadasında medal qazanıblar

22 İyul 2017 14:37

"3 Adam" Acunla razılaşa bilmədi, TV8-dən ayrıldı

22 İyul 2017 14:37

Telefon istifadəçilərinin nəzərinə: Bunları etsəniz...

22 İyul 2017 14:36

Şahin Diniyev: "Uşaqlar hazırlıq dövrünə ciddi yanaşırlar"

22 İyul 2017 14:32

"Bəziləri bu nəcib aksiyaya kölgə salmağa çalışır" - Əli Həsənov

22 İyul 2017 14:28

Bakıda polis turistin həyatını belə xilas etdi - FOTO

22 İyul 2017 14:27

"Qarabağ"ın oyununa təyinat alan referi üçüncü dəfə Bakıya gələcək

22 İyul 2017 14:27

Diş daşını təmizləməyin ev üsulu

22 İyul 2017 14:25

Filippində hərbi vəziyyətin müddəti uzadıldı

22 İyul 2017 14:22

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndələri Bakıda olub

22 İyul 2017 14:19

"Milan"ın növbəti hədəfi - Dieqo Kosta

22 İyul 2017 14:17

Qardaşı dünyasını dəyişən Aqil mükafatlandırma mərasimində - FOTOlar

22 İyul 2017 14:17

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı

22 İyul 2017 14:17

Azərbaycanlı stilistin məşhur aktrisa ilə görüntüsü

22 İyul 2017 14:14

Sosial medianın fəal üzvü olan məşhurlar İlham Əliyevin addımını rəğbətlə qarşıladı - FOTOLAR

22 İyul 2017 14:13

Misirin baş prokurorunu öldürməkdə təqsirləndirilən 28 nəfərə edam cəzası verilib

22 İyul 2017 14:12

AZAL keçirdiyi tenderin davamından imtina edib

22 İyul 2017 14:12

Çətənə kolları əkən şəxs tutuldu

22 İyul 2017 14:09

Türkiyədəki dəhşətli zəlzələ Ayanı elə qorxutdu ki, bu qərarı verməyə məcbur oldu - FOTO

22 İyul 2017 14:05

Qüdrət Həsənquliyev: "Soçi görüşünün mühüm əhəmiyyəti var"

22 İyul 2017 14:03

Qızıl bahalaşdı

22 İyul 2017 13:59

Bakı Metropoliteni yükdaşıma xidmətləri ilə bağlı tender keçirir

22 İyul 2017 13:57

Məşhur aparıcılar Acunun kanalından GETDİ

22 İyul 2017 13:53

"Ayntraxt" holland müdafiəçinin transferini rəsmiləşdirdi

22 İyul 2017 13:52

Birjalarda neft

22 İyul 2017 13:52

Heyvanlar zəlzələni öncədən hiss edir?

22 İyul 2017 13:48

Cinsini dəyişmiş 11 məşhur şəxs

22 İyul 2017 13:48

15 min manatlıq paltar oğurlayan qadınlar yaxalandı

22 İyul 2017 13:44

Kəşmirdə atışma

22 İyul 2017 13:42

DBNX: Ukrayndan Azərbaycana gətirilən dondurulmuş toyuq əti bütün gigiyenik tələblərə uyğundur

22 İyul 2017 13:37

“ExPeter” və “WannaCry” hücumlarının müqayisəsi aparılıb

22 İyul 2017 13:35

İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib

22 İyul 2017 13:34

Qusarda narkotik becərən şəxs saxlanıldı

22 İyul 2017 13:34

Rusiya Ermənistanı ələ keçirir və... – Düşmən ölkədə BÖYÜK QORXU

22 İyul 2017 13:33

Qubada iki nəfəri maşın vurub

22 İyul 2017 13:32

"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin sağlam məcrada inkişafının təsdiqidir"

22 İyul 2017 13:32

Bu da Məryəmin yeni sevgilisi

22 İyul 2017 13:32

Bakıda polis 11 dilənçini yaxaladı

22 İyul 2017 13:29

Gəncədə oğru qadınlar tutuldu

22 İyul 2017 13:27

İki azyaşlı kanalda boğulub

22 İyul 2017 13:25

Media kapitanlarından Prezidentə SONSUZ TƏŞƏKKÜR

22 İyul 2017 13:23

81 yaşlı nənə bədəni ilə heyran edir - VİDEO - FOTO

22 İyul 2017 13:22

Qusarda narkotik tərkibli bitkilər əkən şəxs saxlanılıb

22 İyul 2017 13:17

Daha bir dünya ulduzu Türkiyə klubunda

22 İyul 2017 13:17