Amerikanın Kaliforniya ştatında yaşayan bu ailə həyat
tərzi ilə bütün dünyanın diqqətini çəkir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki,
xoşbəxt ailə kimi tanınan bu üçlüyün hekayəsi bir az fərqlidir.
Roza Sallivan və Baddi Sallivan cütlüyü 5 ildi evlidirlər. Onların
bu evlilikdən 3 və 5 yaşlarında Oven və Ceyms adlı iki oğlu
var.
Məlumata görə, bu xoşbəxt ailənin evliliyinə illər sonra daha bir
qadın daxil olur. Lakin bu qadın onların xoşbəxtliyinə mane olmur.
Belə ki, onlar evliliklərini üçlük olaraq davam etdirirlər.
Ailəyə sonradan daxil olan Lauren, Rozanın ərindən qabaq eşq
yaşadığı qadındır. Bir müddət öncə Roza keçmiş sevgilisini
təsadüfən sosial mediada tapır. Hələ də Laurenə aşiq olduğunu hissə
edən Roza, ərinə öz həmcinsinə qarşı hissləri olduğunu başa salır.
Bunu anlayışla qarşılayan Baddinin təklifilə onlar birlikdə
yaşamağa, eyni yatağı bölüşməyə başlayırlar. Xoşbəxt üçlüyün bu
evlilikdən iki oğlu da dünyaya gəlib.