Almanların “Bakı 2015” proqnozu

Almanların “Bakı 2015” proqnozu
06:36 6 Mart 2015
70 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Olimpiya İdman Konfederasiyası (AOİK) Bakı 2015 Avropa Oyunlarının olduqca uğurlu keçəcəyinə inanır.

ANS PRESS-in məlumatına görə, Neulsenburqda mediaya verilən açıqlamada çoxsaylı idman növlərindən ibarət olacaq bu Oyunların müsbət nəticələri olacağına ümid edildiyi bildirilir. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.

“İnanıram ki, çox sayda idman növündə yarışacaq atletlərin saylarının çox olmasına görə bu Oyunlar olduqca uğurlu keçəcək”, - deyə AOİK-in baş meneceri cənab Maykl Vesper bildirib.

O əlavə edib ki, uğur başlıca olaraq Oyunların gedişatından və buna olan diqqətin səviyyəsindən asılı olacaq.

Cənab Vesper deyib ki, Avropa Oyunları artıq status baxımından genişlənib. Onun sözlərinə görə, bunu 2019-cu Avropa Oyunlarına sahiblik etməyə maraqlı olan ölkələrin sayından görmək mümkündür, onların bəziləri Qərbi Avropadandır. “İdeya öz təsdiqini tapmaqdadır”, – deyə cənab Vesper əlavə edib.

Bununla belə, AOİK rəsmisi Bakı 2015-də Almaniya idmançıları üçün neçə medal arzuladığını demək istəmədi.

“Bu, mümkün qədər yaxşı çıxışdan və təcrübə imkanlarından düzgün istifadə etməkdən asılıdır” – deyə cənab Vesper bildirdi. Bakı 2015-ci ildə keçiriləcək bəzi idman növlərindən fərqli olaraq, stolüstü tennis ulduzları Boll və Dimitriy Ovtçarov Rio 2016-cı ilin Olimpiya Oyunlarına birbaşa bilet uğrunda mübarizə aparacaqlar.

“Təəssüf ki, Olimpiya Oyunlarına yalnız bir birbaşa idman növü vardır. İkimizdən biri bunu əldə edəcək”. Bunu Ovtçarovla birgə AOİK mətbuat konfransında iştirak etmiş Boll deyib.

Qeyd edək ki, Almaniya Bakı 2015 Avropa Oyunlarında 280-ə yaxın idmançı ilə təmsil olunacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=330071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR