Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həmyerlimiz "O səs Türkiyə"də münsiflərə meydan oxudu (VİDEO/FOTO)

Həmyerlimiz "O səs Türkiyə"də münsiflərə meydan oxudu (VİDEO/FOTO)

Date: 9 October 2016 03:28

"O səs Türkiyə"də növbəti azərbaycanlı səhnəyə çıxıb.

Publika.az axşam.az-a istinadən xəbər verir ki, İlham Nəzərov adlı yarışmaçı "Ayrılıq" mahnısı ilə bütün münsifləri özünə döndürə bilib. İfasıyla hər kəsi heyran edən İlham Murad Boza meydan oxuyaraq onu səhnəyə dəvət edib. Daha sonra Sibel Can da onlara qoşularaq eyni mahnını səsləndirib.

İ.Nəzərov sonda Gökhan və Hakan Özoğuzları seçib.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan proqramın münsiflər kürsüsündə S.Can, M.Boz, Hadise, Gökhan və Hakan qardaşları oturub.







Tags:  Həmyerlimiz səs Türkiyədə münsiflərə meydan oxudu VİDEOFOTO

RƏYLƏR


Top news