Qeyri-neft məhsulları ixrac edən şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası müəyyən edilib

Qeyri-neft məhsulları ixrac edən şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası müəyyən edilib
03:32 9 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında qərar qəbul edib.
"Report" xəbər verir ki, sənəd baş nazir Artur Rasi-zadə tərəfindən “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə imzalanıb.
Bu qərar 2016-cı il mart ayının 1-dən etibarən tətbiq edilir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədədir.
Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası sözügedən şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi qaydasını tənzimləyir. İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir. İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir.
İxrac təşviqi idxal edilərək, sərbəst dövriyyəyə buraxılan xarici ölkə mənşəli malların ixracına, tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına, sərhədyanı ticarət çərçivəsində malların satışına, Azərbaycan Respublikasının ərazisində yaradılmış rüsumsuz ticarət mağazalarında malların satılmasına, malların əvəzsiz (haqqı ödənilmədən) ixracına, daxildə emal və xaricdə emal xüsusi gömrük prosedurları çərçivəsində malların ixracına, təkrar ixrac gömrük proseduru və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilən xarici malların ixracına, malların Azərbaycan Respublikasının ərazisində yaradılmış sərbəst zonalara və xüsusi iqtisadi zonalara satışına, barter əməliyyatları çərçivəsində malların ixracına, sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda, sənaye və ya texnologiyalar parklarında istehsal olunmuş malların ixracına, bu Qaydanın qüvvəyə minməsindən əvvəl həyata keçirilən faktiki ixrac əməliyyatlarına, dövlət mülkiyyətində olan və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirən şəxslərə (gömrük təmsilçisi və gömrük brokeri) faktiki ixrac əməliyyatlarının həyata keçirildiyi tarixdən 180 gündən sonra müraciət edən şəxslərə tətbiq edilmir.
İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə sıyahısına təbii bal, qurudulmuş meyvələr, xurma, nar, unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərq şirniyyatları, sirkə və ya sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq, sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş pomidor, sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər, şəkər vasitəsilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq, cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası, başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvələr və qoz-fındıq, o cümlədən qablaşdırılmış qoz, fındıq və badam, meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi, souslar və ədviyyatlar, həmçinin təbii və ya süni mineral sular, qazlı sular, alkoqolsuz içkilər, təbii üzüm şərabları və üzüm suslosu, vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları, konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları daxildir. Siyahıda, eləcə də, Naftalan mazı, təbii dəridən geyim əşyaları və digər məmulatlar, ipək parçalar, əllə toxunmuş xovlu xalçalar, əllə toxunmuş xovsuz xalçalar, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları, üstü təbii dəridən olan ayaqqabılar var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32

Azərbaycan neftinin SON QİYMƏTİ

26 İyul 2017 23:27

Tramp maaşını təhsil nazirliyinə verdi

26 İyul 2017 23:24

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

26 İyul 2017 23:22

Natavanın toydan sonra qayınatasıgildə ilk fotosu

26 İyul 2017 23:22

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini olduğu kimi saxlayıb

26 İyul 2017 23:20

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

26 İyul 2017 23:17

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib

26 İyul 2017 23:05

Salyan sakini avtomobili aşırdı - FOTOLAR

26 İyul 2017 23:03

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

26 İyul 2017 22:57

Dərinin yanmadan qorunması üsulları

26 İyul 2017 22:57

Daşkəsəndə qayın yeznəni döydü

26 İyul 2017 22:49

Bacısı ilə boşandığı üçün aralarında mübahisə düşdü - yeznəsi tərəfindən döyüldü

26 İyul 2017 22:47

Xəzərdə batan iki nəfər xilas edilib

26 İyul 2017 22:45

Cinsi zəifliyi aradan qaldıran cövhər

26 İyul 2017 22:42

Bakıda qardaş bacısına qısqanclıq zəminində 13 bıçaq zərbəsi vurub

26 İyul 2017 22:42

Yayda bu qidalara üstünlük verilməlidir

26 İyul 2017 22:37

Goranboyda "VAZ" aşdı - 3 yaralı

26 İyul 2017 22:29

Bakıya uçan təyyarənin yaxınlığından ballistik raket keçdi - FOTO

26 İyul 2017 22:27

Əsəbilik, zəiflik, qanazlığı BU VİTAMİNİN çatışmazlığından xəbər verir

26 İyul 2017 22:27

Maykl Ceksonun 19 yaşlı qızı siqaret çəkərkən görüntüləndi

26 İyul 2017 22:17

"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO

26 İyul 2017 22:17

FES illik faiz dərəcəsini 1-1,25% səviyyəsində saxlayıb

26 İyul 2017 22:17

FED uçot dərəcəsini dəyişmədi

26 İyul 2017 22:14

FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

26 İyul 2017 22:12

Bakıda reyd keçirilib - VİDEO - FOTO

26 İyul 2017 22:05

Diş həkiminə ömrünüzdə cəmi bir dəfə gedəcəksiniz - MÖHTƏŞƏM KƏŞF

26 İyul 2017 22:05

"Neftçi" "Şalke" ilə oynadı

26 İyul 2017 22:05

“Neftçi” “Şalke”-yə uduzdu

26 İyul 2017 22:04

NASA-nın izah tapmadığı QƏDİM QAYAÜSTÜ TƏSVİRLƏR

26 İyul 2017 22:03