ABŞ-da iki polis öldürülüb, biri isə yaralanıb

ABŞ-da iki polis öldürülüb, biri isə yaralanıb
05:04 9 Oktyabr 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatının Palm-Sprinqs şəhərində polis əməkdaşları atəşə tutulub, onlardan ikisi ölüb, daha biri isə yaralanıb.  

 

APA-nın “Desert Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, hücum edənlər hələlik saxlanılmayıblar. İnsidentin detalları açıqlanmır. Hadisə şahidləri pulemyotdan açılmış 20-dək atəş səsini eşitdiklərini bildiriblər. Onlardan birinin sözlərinə görə, hadisədən əvvəl bir kişi psixi problemləri olan oğlunun polislərə atəş açmaq istədiyini bildirərək yardım istəyib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR