Koalisiya Yəmənin paytaxtını bombardman etdi

Koalisiya Yəmənin paytaxtını bombardman etdi
05:19 9 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Ərəb koalisiyasına məxsus aviasiya Yəmənin paytaxtı Sana şəhərinə beş zərbə endirib.

 

APA-nın xəbərinə görə, bu barədə “Sputnik” agentliyinə hərbi mənbə bildirib.  

 

“Sananın qərbindəki Fəcc dağında yerləşən raket qüvvələrinə üç zərbə, Əl-Nəhdeyn yüksəkliyinə isə iki zərbə endirilib”, - deyə mənbə bildirib.

 

Məlumata görə, qeyd olunan hücumlar Sanada yas mərasiminə endirilən zərbələrdən bir qədər sonra törədilib.

 

Qeyd edək ki, Yəmənin paytaxtında  yas mərasiminə endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 213 nəfərə çatıb.

 

Üsyançı husilər zərbənin endirilməsində ərəb koalisiyasını ittiham edib, lakin koalisiya hadisə ilə əlaqəsi olmadığını iddia edir. 

 

Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla mübarizədə Yəmən hökumətinə dəstək  verir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR