Paytaxt merinin başına bomba düşdü

Paytaxt merinin başına bomba düşdü
06:08 9 Oktyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmən paytaxtı Sananın meri Əbdülqadir Hilal ərəb koalisiyasının yas mərasiminə endirdiyi zərbə nəticəsində ölüb. APA-nın xəbərinə görə, bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtında yas mərasiminə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla mübarizədə Yəmən hökumətinə dəstək verir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR