Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məntəqələrin yarısı üzrə “Gürcü arzusu” liderdir

Məntəqələrin yarısı üzrə “Gürcü arzusu” liderdir

Date: 9 October 2016 06:19

Gürcüstanda parlament seçkilərində məntəqələrin yarısı üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim “Gürcü arzusu” partiyası səslərin yarıdan çoxunu, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası isə ¼ - dən çoxunu toplayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında bildirir. 

 

“3702 seçki məntəqəsindən 1866-sı (50,41 faiz) üzrə hesablanmış bülletenlərin nəticəsinə görə,  “Gürcü arzusu” partiyası səslərin 50,56 faizini və ya 396 min 817 seçicinin etimadını,  “Vahid Milli Hərəkat” partiyası isə 26,51 faizini və ya 208 min 056 səs toplayıb. Digər partiyalar beş faizlik həddi adlaya bilməyiblər”, - deyə MSK-nın saytında bildirilir. 


Tags:  Məntəqələrin yarısı üzrə Gürcü arzusu liderdir


RƏYLƏR


Top news