Bu gün DÇ-2018-in seçmə qrup mərhələsinin III turunun oyunları keçiriləcək

Bu gün DÇ-2018-in seçmə qrup mərhələsinin III turunun oyunları keçiriləcək
07:37 9 Oktyabr 2016
181 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin III turunun oyunları keçiriləcək.
"Report"un məlumatına görə, oyun günü "D", "G" və "İ" qruplarında yer alan komandalar mübarizə aparacaq.
İlk iki oyunda gərgin mübarizələrin getdiyi "D" qrupunda lider komanda müəyyənləşə bilər. Bu qrupda 4 komanda - Uels, Serbiya, Avstriya və İrlandiya yığmalarının aktivində 4 xal var. Qrupun əsas görüşü Serbiya və Avstriya komandaları arasında olacaq. Bu oyunda 3 xal qazanan komanda liderlik mövqeyini qorumuş olacaq.
"G" qrupunda da azarkeşlər maraqlı oyunun şahidi olacaqlar. Qrupun əsas favoritlərindən hesab edilən İspaniya səfərdə birinci pillədə qərarlaşan Albaniyanın qonağı olacaq. Qalib komanda birinci pillədə möhkəmlənəcək. İtaliya isə Makedoniya ilə münasibətlərinə aydınlıq gətirəcək.
"İ" qrupunda isə azərbaycanlı futbolsevərlərin də azarkeşlik etdiyi Türkiyə yığması İslandiya səfərində meydana çıxacaq. Hazırda aktivində 2 xal olan Türkiyə səfər qələbəsi sayəsində vəziyyətini xeyli yaxşılaşdıra bilər. İslandiya ilə eyni xala malik (4 xal) Xorvatiya isə Finlandiya ilə qarşılaşacaq. Qrupun bir oyunu isə neytral stadionda keçiriləcək. Ukrayna Kosovanı tanımadığından, FİFA-ya matçın neytral meydançada keçirilməsi xahişi ilə müraciət edib. Ali futbol qurumu müraciəti müsbət cavablandırıb və qarşılaşma Polşanın Krakov şəhərindəki Marşal Pilsudski adına stadionda olacaq.
Dünya çempionatı, seçmə qrup mərhələsi, III tur
D qrupu
20:00. Uels - Gürcüstan
22:45. Moldova - İrlandiya
22:45. Serbiya - Avstriya
Qrupda vəziyyət: Uels - 4. Serbiya - 4. Avstriya - 4. İrlandiya - 4. Gürcüstan - 0. Moldova - 0.
G qrupu
20:00. İsrail - Lixtenşteyn
22:45. Albaniya - İspaniya
22:45. Makedoniya - İtaliya
Qrupda vəziyyət: Albaniya - 6. İspaniya - 4. İtaliya - 4. İsrail - 3. Makedoniya - 0. Lixtenşteyn - 0.
İ qrupu
20:00. Finlandiya - Xorvatiya
20:00. Ukrayna - Kosovo
22:45. İslandiya - Türkiyə
Qrupda vəziyyət: Xorvatiya - 4. İslandiya - 4. Ukrayna - 2. Türkiyə - 2. Finlandiya - 1. Kosovo - 1.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/bu-gun-dc-2018-in-secme-qrup-merhelesinin-iii-turunun-oyunlari-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR