Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Robert De Niro: "Tramp donuzdur"

Robert De Niro: "Tramp donuzdur"

Date: 9 October 2016 07:54

“Oskar” mükafatlı aktyor Robert De Niro ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı çıxışında sərt ifadələr işlədib.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı aktyor seçkilərə bir ay qalmış “Gələcəyin üçün səs ver” (#VoteYourFuture) kampaniyası üçün hazırlanan videoda prezidentliyə namizəd Donald Tramp haqqında danışıb.

 

De Niro Trampa “axmaq”, “donuz”, “it”, “avara” kimi sözlər söyləyib və ABŞ-ı idarə edə biləcək şəxs olmadığını deyib:

 

“O bizim prezident olmasını istədiyimiz şəxs deyil. ABŞ-ın Tramp kimi bir insanla səhv istiqamətə gedəcəyindən qorxuram. Onun üzünə yumruq vurmaq istərdim”

 

Qeyd edək ki, videoda Eduard Norton, Samuel L.Cekson, Culiya Roberts və Emma Ston kimi məşhurlar da çıxış edərək ABŞ vətəndaşlarını səsverməyə çağırıblar.


Tags:  Robert De Niro Tramp donuzdur


RƏYLƏR


Top news