Saakaşvilinin partiyası MSK binasının qarşısında etiraz aksiyası keçirir

Saakaşvilinin partiyası MSK binasının qarşısında etiraz aksiyası keçirir
09:27 9 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda parlament seçkilərinin ilkin nəticələrinə görə hakim "Gürcü arzusu" partiyasına məğlub olan Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası MSK binasının qarşısında etiraz aksiyası keçirir.  

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, "Vahid Milli Hərəkat" partiyasının üzvləri və tərəfdarları MSK-nın qarşısına toplaşıblar. Binanın mühafizəsi gücləndirilib, patrul polisindən başqa əraziyə xüsusi təyinatlılar cəlb olunub.

Etirazçılar və polis arasında qarşıdurma baş verməyib.

"Biz MSK-nı xəbərdar etmək istəyirik ki, gürcü seçicilərin iradəsinə qarşı çıxış etməsinlər və reallığı əks etdirən göstəriciləri qeydə alsınlar", - deyə partiya üzvü Levan Tarxnişvili "Rustavi-2" telekanalına müsahibəsində bildirib.  

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərində məntəqələrin 21,99 faizi üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim "Gürcü arzusu" partiyası səslərin 52,67 faizini, eks-prezident Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası isə 24,85 faizini toplayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR