Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Üzünə yumruq vurmaq istərdim" - VİDEO

"Üzünə yumruq vurmaq istərdim" - VİDEO

Date: 9 October 2016 09:37

"Oskar" mükafatlı aktyor Robert De Niro ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı çıxışında sərt ifadələr işlədib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı aktyor seçkilərə bir ay qalmış "Gələcəyin üçün səs ver" (#VoteYourFuture) kampaniyası üçün hazırlanan videoda prezidentliyə namizəd Donald Tramp haqqında danışıb.

De Niro Trampa "axmaq", "donuz", "it", "avara" kimi sözlər söyləyib və ABŞ-ı idarə edə biləcək şəxs olmadığını deyib:

"O, bizim prezident olmasını istədiyimiz şəxs deyil. ABŞ-ın Tramp kimi bir insanla səhv istiqamətə gedəcəyindən qorxuram. Onun üzünə yumruq vurmaq istərdim"

Qeyd edək ki, videoda Eduard Norton, Samuel L.Cekson, Culiya Roberts Emma Ston kimi məşhurlar da çıxış edərək ABŞ vətəndaşlarını səsverməyə çağırıblar.

Milli.Az


Tags:  Üzünə yumruq vurmaq istərdim VİDEO

RƏYLƏR


Top news