"Gürcü arzusu" 50,41 faizlə liderdir

"Gürcü arzusu" 50,41 faizlə liderdir
09:42 9 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda parlament seçkilərində məntəqələrin yarısı üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim "Gürcü arzusu" partiyası səslərin yarıdan çoxunu, eks-prezident Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası isə ¼ - dən çoxunu toplayıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında bildirir. 

"3702 seçki məntəqəsindən 1866-sı (50,41 faiz) üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, "Gürcü arzusu" partiyası səslərin 50,56 faizini və ya 396 min 817 seçicinin etimadını, "Vahid Milli Hərəkat" partiyası isə 26,51 faizini və ya 208 min 056 səs toplayıb. Digər partiyalar beş faizlik həddi adlaya bilməyiblər", - deyə MSK-nın saytında bildirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR