Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan - Norveç matçında faciə: gənc oğlan xəstəxanalıq oldu - FOTO

Azərbaycan - Norveç matçında faciə: gənc oğlan xəstəxanalıq oldu - FOTO

Şəmkirdə 20 yaşlı qonaq döyülərək xəstəxanalıq oldu - FOTO (14 Mart 2017 04:28)
Hamilə aktrisa xəstəxanalıq oldu - FOTO (13 Mart 2017 15:22)
Azərbaycanda 18 yaşlı oğlan faciəvi şəkildə öldü (12 Mart 2017 10:19)

Tarix: 9 Oktyabr 2016 09:57

Dünən keçirilən Azərbaycan - Norveç matçına gedən zaman körpüdən yıxılan Zahidov Nahid Hafiz oğlunun vəziyyəti ağır olaraq qalır.

Milli.Az xəbər verir ki, bu barədə futbol11.az-a 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Zahidovun həkimi Aydın Kazımov xəstənin diaqnozunu açıqlayıb: "Xəstəyə qara ciyərin cırılması, dalağın partlaması, sidik kisəsinin cırılması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu qoymuşuq".

Həkim qeyd edib ki, onun həyatı üçün təhlükə davam edir: "Xəstə hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Həyatı üçün təhlükə ondan ibarətdir ki, çoxlu orqanlarda zədələnmələr var. Hər şeyi valideyinlərinə də başa salmışıq. Şükür allaha ki, hələlik salamatçılıqdı. Əməliyyatı 3 saatdan yuxarı davam edib".

Qeyd edək ki, əslən Lerik rayonundan olan olan Nahid hərbi xidmətdən yeni gəlib. O, ailənin iki övladından biridi. Bir bacının qardaşı olan Zahidov Koperasiya Universitetinin məzunudu.

Milli.Az




Teqlər:  Azərbaycan Norveç matçında faciə gənc oğlan xəstəxanalıq oldu FOTO



RƏYLƏR


Top xəbərlər