9 OKTYABR

9 OKTYABR
10:23 9 Oktyabr 2016
127 Maraqlı
Ölkə mətbuatı
A- A+

2013-cü il. Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. İlham Əliyev seçicilərin 84,54 faiz səsini qazanaraq növbəti müddətə dövlət başçısı seçilib.

2008-ci il. Bakı metrosunun yeni tikilmiş “Nəsimi” stansiyası açılıb. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. “Nəsimi” Bakı metrosunun sayca 21-ci stansiyasıdır.

1992-ci il. Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirilib. Paradda o dövrdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan hərbi texnikalar nümayiş etdirilib.

1874-cü il. Ümumdünya Poçt İttifaqı yaradılıb. Azərbaycanın 1993-cü ilin aprel ayında bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb. Oktyabrın 9-u dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/171489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR