Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycan bir qarış da torpağını işğal altında qoymayacaq"

"Azərbaycan bir qarış da torpağını işğal altında qoymayacaq"

Date: 9 October 2016 11:05

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər uzanmasının səbəbi Ermənistanın böyük himayədarlarının olmasıdır. Onlar Ermənistana silah, pul verir, siyasi dəstək göstərirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

E.Məmmədov bildirib ki, Ermənistanın himayədarlarının məqsədi Dağlıq Qarabağ probleminin ədalətli həlli yox, bu problemin Azərbaycana təzyiq göstərərək ermənilərin xeyrinə həll olunmasına nail olmaqdır: "Ona görə də, Azərbaycana qarşı şər-böhtan kampaniyaları aparır, təzyiqlər edirlər. Məqsəd Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana verməkdir. Ancaq ulu öndərimiz Heydər Əliyev də bəyan edirdi, Prezident İlham Əliyev də bu gün deyir ki, biz bir qarış da olsa torpağımızı işğal altında qoymayacağıq, düşmənə verməyəcəyik. Burada Azərbaycan xalqı və onun iradəsi, Azərbaycan dövlətinin siyasəti, ölkəmizin ərazi bütövlüyü məsələsi var. Azərbaycan öz torpaqlarından düşmənə pay verməyəcək".

Deputat qeyd edib ki, Azərbaycan artıq güclü bir dövlətdir və istənilən zaman hərbi güc tətbiq edib torpaqlarını işğaldan azad edə bilər.

Milli.Az


Tags:  Azərbaycan qarış torpağını işğal altında qoymayacaq

RƏYLƏR


Top news