Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyəni adada nə gözləyir?

Türkiyəni adada nə gözləyir?

Date: 9 October 2016 11:33

Bu gün DÇ-2018-in seçmə mərhələsində3-cü tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günü D, G və İ qruplarında yer alan komandalar mübarizə aparacaq.

İlk iki oyunda gərgin mübarizələrin getdiyi D qrupunda lider komanda müəyyənləşə bilər. Bu qrupda 4 komanda - Uels, Serbiya, Avstriya və İrlandiya yığmalarının aktivində 4 xal var. Qrupun əsas görüşü Serbiya və Avstriya komandaları arasında olacaq. Bu oyunda 3 xal qazanan komanda liderlik mövqeyini qorumuş olacaq.

G qrupunda da azarkeşlər maraqlı oyunun şahidi olacaqlar. Qrupun əsas favoritlərindən hesab edilən İspaniya səfərdə birinci pillədə qərarlaşan Albaniyanın qonağı olacaq. Qalib komanda birinci pillədə möhkəmlənəcək. İtaliya isə Makedoniya ilə münasibətlərinə aydınlıq gətirəcək.

İ qrupunda mübarizə aparan Türkiyə yığması İslandiya səfərində meydana çıxacaq. Hazırda aktivində 2 xal olan Türkiyə səfər qələbəsi sayəsində vəziyyətini xeyli yaxşılaşdıra bilər. İslandiya ilə eyni xala malik (4 xal) Xorvatiya isə Finlandiya ilə qarşılaşacaq. Qrupun bir oyunu isə neytral stadionda keçiriləcək. Ukrayna Kosovanı tanımadığından, FİFA-ya matçın neytral meydançada keçirilməsi xahişi ilə müraciət edib. Ali futbol qurumu müraciəti müsbət cavablandırıb və qarşılaşma Polşanın Krakov şəhərindəki Marşal Pilsudski adına stadionda olacaq.

DÇ-2018. Seçmə mərhələ, 3-cü tur

9 oktyabr

D qrupu

20:00 Uels - Gürcüstan

22:45 Moldova - İrlandiya

22:45 Serbiya - Avstriya

Uels - 4. Serbiya - 4. Avstriya - 4. İrlandiya - 4. Gürcüstan - 0. Moldova - 0.

G qrupu

20:00 İsrail - Lixtenşteyn

22:45 Albaniya - İspaniya

22:45 Makedoniya - İtaliya

Albaniya - 6. İspaniya - 4. İtaliya - 4. İsrail - 3. Makedoniya - 0. Lixtenşteyn - 0.

İ qrupu

20:00 Finlandiya - Xorvatiya

20:00 Ukrayna - Kosovo

22:45 İslandiya - Türkiyə

Xorvatiya - 4. İslandiya - 4. Ukrayna - 2. Türkiyə - 2. Finlandiya - 1. Kosovo - 1.


Tags:  Türkiyəni adada gözləyir

RƏYLƏR


Top news