İndoneziyada qayığın batması nəticəsində 7 məktəbli boğulub

İndoneziyada qayığın batması nəticəsində 7 məktəbli boğulub
11:42 9 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ İndoneziya polisi bir neçə gün bundan əvvəl qayığın aşması nəticəsində itmiş 7 məktəblinin cəsədini aşkarlayıb.
"Report"un məlumatına görə, bu barədə "Detik" nəşri xəbər yayıb.
Məlumata görə, onların cəsədi Yava adasındakı Solo çayında tapılıb. Hadisə vaxtı qayıqda 25 nəfər olub.
Onların əksəriyyəti üzərək sahilə çıxmağa müvəffəq olublar. Lakin bəziləri suda boğulub.
İlkin məlumata görə, qəzaya qayığa normadan artıq məktəblinin minməsi səbəb olub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-ndoneziyada-qayigin-batmasi-neticesinde-7-mektebli-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR