İŞİD silahlıları qədim Assuriya şəhəri Nimrudun qalıqlarını məhv ediblər

İŞİD silahlıları qədim Assuriya şəhəri Nimrudun qalıqlarını məhv ediblər
07:27 6 Mart 2015
71 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Mart 2015 06:56 ]

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları İraq ərazisində yerləşən qədim Assuriya şəhəri Nimrudun qalıqlarını məhv ediblər.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Turizm və Tarixi Abidələr Nazirliyinin açıqlamasında bildirilir.

 

“İŞİD tarixi Nimrud şəhərinə hücum edərək onu ağır texnika vasitəsilə məhv edib”, deyə məlumatda bildirilir.  

 

Nazirlik, həmçinin, silahlıların qiymətli tarixi mədəniyyət nümunələrinin aparılması üçün yük maşınlarından istifadə etdiyini bildirib.  Rəsmi qurumlar indiyədək dağıntıların miqyasını müəyyən edə bilməyib.

 

Qeyd edək ki, İŞİD bundan əvvəl Mosulda nadir tarixi abidələri məhv edib


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/375158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR