Hollivud aktyoru qəzaya düşdü (VİDEO)

Hollivud aktyoru qəzaya düşdü (VİDEO)
07:31 6 Mart 2015
52 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının məşhur aktyorlarından biri təyyarə qəzası keçirib.

ANS PRESS-in məlumatına görə, tanınmış Hollivud aktyoru İndiana Cons obrazının mahir ifaçılarından biri olan Herrison Ford Los-Ancelesdə təyayrə qəzasına düşüb. Özünün idarə etdiyi tək mühərrikli təyyarə Santa-Monika haava limanı yaxınlığındakı qolf meydançasına çırpılıb.

ABŞ-ın “NBC” televiziyasının qəza ilə bağlı yaydığı videomaterialda yerdə uzadılmış vəziyyətdə olan birinə tibb işçilərinin köməklik göstərdiyi görülür.

Qəzanın dəqiq səbəbləri hələlik bəlli deyil. Araşdırmaların davam etdiyi bildirilir.

72 yaşlı aktyorun qəzadan bir müddət əvvəl dispetçerlə əlaqə saxlayaraq, problemlə üzləşdiyini bildirdiyi deyilir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=330077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR