Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən hərbi postda terror aktı baş verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bomba yüklənmiş avtomobillə posta hücum nəticəsində 6 əsgər şəhid olub.
Hücumu PKK terror təşkilatının törətdiyi bildirilir.
Hadisə zamanı aralarında mülki şəxslər də olmaqla, 7 nəfər yaralanıb.
Əraziyə çoxlu sayda təcili yardım maşını cəlb edilib.